Ağ Ev: Tramp və Si Cinpin Çinin İranla bağlı mövqeyini müzakirə edəcəklər
sizinxeber.az xəbər saytı

Ağ Ev: Tramp və Si Cinpin Çinin İranla bağlı mövqeyini müzakirə edəcəklər


Ağ Evin Milli İqtisadiyyat Şurasının direktoru Kevin Hasset bildirib ki, İranla danışıqlar tələsmədən aparılmalıdır.

"Sizinxeber.az" ISNA-ya istinadən xəbər verir ki, o, ABŞ Prezidenti Donald Tramp ilə Çin Xalq Respublikasının (ÇXR) Sədri Si Cinpin arasında görüşün də danışıqlara təsir edəcəyini bildirib.

K. Hassetin fikrincə, Çin İranla münasibətləri yenidən qiymətləndirə bilər: "Bu, Tramp və Si Cinpin arasında müzakirə mövzularından biri olacaq".

Qeyd edək ki, Çinin Xarici İşlər Nazirliyi (XİN) Pekinin İranla bağlı mövqeyinin dəyişməyəcəyini açıqlayıb. Çin XİN bunu ABŞ-nin ÇXR-ə aid üç şirkətə qarşı sanksiya tətbiq etməsini şərh edərkən bildirib.

Qeyd edək ki, Tramp mayın 13-də Çinə dövlət səfəri edəcək.

Oxşar xəbərlər

Tramp mayın 13-də Çinə səfər edəcək
Trampı Çin səfərində ABŞ şirkətlərinin nümayəndələri müşayiət edəcək
Tramp: ABŞ nüvə proqramı ilə bağlı İranla razılaşmaya üstünlük verir
Tramp: Tezliklə İranla bağlı nə isə olacaq
Ağ Ev: Tramp İranla dialoqa hazırdır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər