Aİ bu il Türkiyədəki qaçqınlara dəstək məqsədilə 20 milyon avro ayıracaq
sizinxeber.az xəbər saytı

Aİ bu il Türkiyədəki qaçqınlara dəstək məqsədilə 20 milyon avro ayıracaq


Avropa İttifaqı (Aİ) bu il dəstək məqsədilə Türkiyədəki ən həssas qaçqınlara və onlara ev sahibliyi edən icmalara 20 milyon avro humanitar yardım yönəldəcək.

Bu barədə "Report"un Avropa bürosu Avropa Komissiyasına istinadən xəbər verir.

Türkiyə qəbul etdiyi qaçqınların sayına görə dünya liderlərindən biri olaraq qalır: ölkədə əsasən Suriyadan, eləcə də Əfqanıstan, İraq və İrandan olan təxminən 2,3 milyon qeydiyyata alınmış miqrant var. Məlumatda bildirilib ki, qaçqınların bir hissəsinin baza xidmətlərinə çıxışının olmasına baxmayaraq, yüzminlərlə insan hələ də sosial-iqtisadi çətinliklərlə, milli dəstək sistemlərinə məhdud çıxışla və 2023-cü ildə baş vermiş dağıdıcı zəlzələlərin fəsadları ilə üzləşir.

Cari ildə Aİ-nin vəsaitləri əsas xidmətlərə çıxışı məhdud olan və ya ümumiyyətlə olmayan insanlar da daxil olmaqla, əhalinin ən həssas qruplarının dəstəklənməsinə ayrılacaq. Vəsaitlər müdafiə proqramlarına, baza humanitar yardıma, səhiyyə və təhsilə yönəldiləcək.

Yardım Aİ-nin humanitar tərəfdaşları vasitəsilə Türkiyə hakimiyyət orqanları ilə əlaqələndirilmiş şəkildə paylanacaq.

"Qaçqınları qəbul edən icmalar bu yükü təkbaşına daşıya bilməzlər", - Avropa Komissiyasının hazırlıq və böhranların idarə olunması üzrə komissarı Haca Labib deyib.

Avropa Komissiyasının məlumatına görə, 2012-ci ildən bəri Aİ qaçqınları və yerli icmaları dəstəkləmək üçün Türkiyəyə 3,5 milyard avrodan çox humanitar yardım göndərib.

Oxşar xəbərlər

Aİ və İspaniya həssas fələstinli ailələrə sosial müavinətlərin ödənilməsi üçün 15,5 milyon avro ayırıb
Aİ Yaxın Şərq ölkələrinə 450 milyon avrodan çox məbləğdə humanitar yardım ayıracaq
Aİ Ukraynaya daha 148 milyon avro humanitar yardım ayırıb
Almaniya Qəzza əhalisinə yardım üçün daha 50 milyon avro ayıracaq
Aİ Ukraynaya humanitar yardım üçün 148 milyon avro ayırıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər