Antonio Tayani: Rusiya ilə dialoq yalnız Moskvanın sülhə doğru real addımlar atması şərti ilə mümkündür
İtaliyanın xarici işlər naziri Antonio Tayani Rusiya ilə diplomatik dialoqun mümkünlüyünü istisna etməyib - bir şərtlə ki, Moskva müharibəni başa çatdırmaq niyyətini real addımlarla təsdiq etsin.
"Report"un Avropa bürosunun məlumatına görə, Tayani bu barədə Brüsseldə Aİ Xarici İşlər Şurasının iclası öncəsi jurnalistlərə açıqlama verib.
"Biz heç vaxt Rusiya ilə müharibə vəziyyətində olmamışıq və indi də deyilik. Biz yalnız Ukraynanın öz müstəqilliyinə olan hüququnu müdafiə etmişik", - o deyib.
Bununla yanaşı, Tayani Romanın Moskva ilə mümkün yaxınlaşmaya ehtiyatlı yanaşmasına diqqət çəkib.
"Rusiyanın real niyyətlərinin nə olduğunu anlamaq lazımdır. Əgər Putinin dedikləri doğrudursa, aydındır ki, bundan sonra dialoq mərhələsinə başlamaq lazım olacaq", - o sözlərin ardınca konkret addımların atılacağına ümid ifadə edərək qeyd edib.
Tayani həmçinin bildirmək istəyib ki, Avropa vasitəçisinin seçimi və sanksiyaların ləğvi məsələsi Moskvanın deyil, Avropa İttifaqının özünün səlahiyyətidir.
"Sanksiyaların aradan qaldırılması üçün Avropa İttifaqının qərarı tələb olunacaq. Üzv dövlətlər, Avropa Komissiyası və Aİ Şurası bunu birgə qiymətləndirəcək", - o qeyd edib.
Xarici işlər naziri həmçinin vurğulayıb ki, İtaliyanın baş naziri Corcia Meloni mümkün danışıqlarda Avropa vasitəçisi roluna "nüfuzlu namizəd" ola bilər.
Oxşar xəbərlər
Tayani: Fələstin İsraili tanımasa, münaqişə həll olunmayacaq
Tayani: İtaliya Hörmüz boğazında Aİ-nin dəniz missiyasının genişləndirilməsinə etiraz edir
Tayani: İtaliya yalnız öz milli maraqlarını müdafiə edəcək
Tayani: Meloninin Azərbaycana səfəri münasibətlərin gücləndirilməsində əsas mərhələdir - EKSKLÜZİV
Tayani Yaxın Şərqdə gərginliyin dərhal azaldılmasına çağırıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kadir İnanır vəfat etdi
-
Azərbaycanda əsgərlik müddətinin azaldılması və ödənişli hərbi xidmətlə bağlı RƏSMİ AÇIQLAMA
-
DÇ-2026: Seneqal - İraq matçında hesab açılıb - YENİLƏNİR
-
DÇ-2026: Fransa və Norveç 1/16 finala vəsiqə qazanıb
-
Azərbaycanda ödənişli hərbi xidmət olacaq? - Rəsmi AÇIQLAMA
-
DÇ-2026: Seneqal - İraq matçında üçüncü qol vurulub - YENİLƏNİR-5
