İndoneziyada sinqapurlu turistlərin axtarışı yeni vulkan püskürmələri səbəbindən çətinləşib
İndoneziyanın Şimali Maluku əyalətindəki Dukono vulkanı yaxınlığında aparılan axtarış əməliyyatı, davam edən vulkan fəaliyyəti və güclü yağışlar səbəbindən çətinləşir.
"Sizinxeber.az"un "Reuters"ə istinadən verdiyi məlumata görə, bu barədə yerli axtarış və xilasetmə agentliyinin rəhbəri İvan Ramdani açıqlama verib.
Onun sözlərinə görə, əməliyyata təxminən 150 xilasedici, eləcə də termal görüntüləmə kameraları olan iki dron cəlb edilib. Əsas axtarış krater kənarından təxminən 100-150 metr aralıda yerləşən ərazidə aparılır.
Vulkan 8 mayda püskürməyə başlayıb və 10 kilometr hündürlüyə qədər kül sütununu püskürüb. O vaxtdan bəri, daha kiçik miqyasda olsa da, fəaliyyət davam edir. Krater sahəsi hələ də vulkan külü ilə örtülüdür.
Xilasedicilər itkin düşmüş iki sinqapurluya məxsus olduğu güman edilən çantaları tapıblar. Polisin məlumatına görə, sağ qalan turistlər digər iki nəfərin ölmüş ola biləcəyini bildiriblər.
Oxşar xəbərlər
İndoneziyada vulkan püskürməsi nəticəsində 20 turist itkin düşüb
İndoneziyada vulkan püskürməsi nəticəsində 2 alpinist ölüb - YENİLƏNİB
İndoneziyada vulkan püskürdü: 20 turist itkin düşdü
İndoneziyanın şərqində Semeru vulkanı 800 metr hündürlüyünə kül püskürüb
Klyuçevkaya Sopka vulkanı 11,5 km hündürlüyə kül atıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kadir İnanır vəfat etdi
-
Azərbaycanda əsgərlik müddətinin azaldılması və ödənişli hərbi xidmətlə bağlı RƏSMİ AÇIQLAMA
-
DÇ-2026: Seneqal - İraq matçında hesab açılıb - YENİLƏNİR
-
Elm və Təhsil Nazirliyi cari tədris ilinin hesabatını YAYDI
-
Şənbə günü leysan yağacaq, güclü külək əsəcək
-
DÇ-2026: Fransa və Norveç 1/16 finala vəsiqə qazanıb
