Yaponiya hökumət nümayəndələri Rusiyaya gedir
Yaponiya İqtisadiyyat, Ticarət və Sənaye Nazirliyi, ölkənin biznes nümayəndələrinin iştirakı ilə Rusiyaya səfərə hazırlıq barədə mediada yayılan məlumatları faktiki olaraq təsdiqləyib.
"Report"un məlumatına görə, nazirlik hökumətin mövqeyini aydınlaşdırmaq üçün X sosial media səhifəsində bir neçə açıqlama dərc edib.
Əvvəlcə nazirlik bildirib ki, Tokio Ukraynadakı münaqişənin bitməsindən sonra iqtisadi və enerji sahələrində əməkdaşlıq ümidi ilə Rusiyaya iqtisadi nümayəndə heyəti göndərmək planında deyil.
Lakin qurum daha sonra əlavə edib ki, Rusiyada fəaliyyətini davam etdirən və ya əmlakını saxlayan Yaponiya şirkətlərinin aktivlərinin qorunması prioritet olaraq qalır. Bu baxımdan, Yaponiya hökumət rəsmiləri may ayının sonunda Rusiyaya missiya planlaşdırırlar.
Nazirlikdən verilən məlumata görə, hazırda maraqlı şirkətlərlə əməkdaşlıq çərçivəsində Rusiya tərəfi ilə əlaqələrin qurulması məsələsi araşdırılır. Qurum müvafiq Yaponiya şirkətlərinin nümayəndələrinin görüşlərdə iştirakını istisna etməyib.
Yapon istifadəçiləri nazirliyin açıqlamalarının ziddiyyətli xarakteri barədə şərhlər veriblər. Onlar iddia ediblər ki, orijinal nəşr hökumətin səfər planlarını tamamilə təkzib etdiyi təəssüratı yarada bilər, sonrakı dəqiqləşdirmələr isə Rusiya tərəfi ilə əlaqələrin hazırlandığını təsdiqləyib.
Oxşar xəbərlər
Moskva Yaponiya XİN başçısının Rusiyaya girişinə qadağa qoyub
Yaponiya Rusiya ilə ticarəti maksimum azaldıb
Ötən il Azərbaycanla Yaponiya arasında ticarət dövriyyəsi 428 milyon dollar olub
Yaponiya Şimali Koreyaya etiraz edib
Yaponiya ABŞ-a 550 milyard dollar yatıracaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kadir İnanır vəfat etdi
-
Azərbaycanda əsgərlik müddətinin azaldılması və ödənişli hərbi xidmətlə bağlı RƏSMİ AÇIQLAMA
-
DÇ-2026: Seneqal - İraq matçında hesab açılıb - YENİLƏNİR
-
Elm və Təhsil Nazirliyi cari tədris ilinin hesabatını YAYDI
-
Şənbə günü leysan yağacaq, güclü külək əsəcək
-
DÇ-2026: Fransa və Norveç 1/16 finala vəsiqə qazanıb
