Keniyada qızıl hasilatı mədəninin çökməsi nəticəsində azı 15 nəfər ölüb
sizinxeber.az xəbər saytı

Keniyada qızıl hasilatı mədəninin çökməsi nəticəsində azı 15 nəfər ölüb


Keniyanın şimal-qərbində lisenziyasız fəaliyyət göstərən qızıl hasilatı mədəninin çökməsi nəticəsində azı 15 nəfər ölüb.

"Report" xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bildirilir ki, ölənlər arasında 10 qadın var.

Dağıntılar altından 12 nəfər sağ qalıb, onlar hazırda xəstəxanadadır.

Xilasetmə işləri davam edir, digər işçilərin axtarışı aparılır. Keniya Qızıl Xaç Cəmiyyətindən qurbanların sayının arta biləcəyini istisna etməyiblər.

Hadisə ölkənin paytaxtı Nayrobidən 400 km şimal-qərbdə yerləşən Rumos-Hillz ərazisində baş verib. İlkin məlumata görə, qəzaya səbəb iri daşın düşməsindən sonra mədən divarlarının çökməsi olub.

Oxşar xəbərlər

Nigeriyada binanın çökməsi nəticəsində 7 nəfər ölüb
Dehlidə binanın çökməsi nəticəsində 4 nəfər ölüb
Seneqalda tikilməkdə olan binanın çökməsi nəticəsində 11 nəfər ölüb
Samarada yaşayış binasının çökməsi nəticəsində 11 nəfər xəsarət alıb - YENİLƏNİB
Qana 2024-cü ildə qızıl hasilatını 4,5 milyon unsiyaya çatdıracaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər