ABŞ-də Haiti prezidentinin öldürülməsinə görə dörd nəfər təqsirli bilinib
sizinxeber.az xəbər saytı

ABŞ-də Haiti prezidentinin öldürülməsinə görə dörd nəfər təqsirli bilinib


ABŞ məhkəməsi 2021-ci ildə öldürülən Haiti Prezidenti Jovenel Moizi qaçırmaq və ya öldürmək məqsədilə sui-qəsd təşkil etməkdə ittiham olunan dörd nəfəri təqsirli bilib.

"Report" "Reuters"ə istinadən xəbər verir ki, hökm Cənubi Floridadakı federal məhkəmə tərəfindən çıxarılıb.

Məlumata görə, məhkum olunanların hamısı Mayamidə yerləşən "Counter Terrorism Unit Federal Academy" mühafizə şirkəti ilə əlaqəli olublar.

Məhkum olunanlar - Antonio "Toni" İntriaqo, Arxankel Pretel, Uolter Veyntemilya və Ceyms Solaj - 2023-cü ildə ümumilikdə 11 fiquranta qarşı ittihamların irəli sürüldüyü iş üzrə cəlb edilmişdilər.

Jovenel Moiz 7 iyul 2021-ci ildə Haitinin paytaxtı Port-o-Prensin ətrafındakı iqamətgahına edilmiş silahlı basqın nəticəsində öldürülüb. Onun həyat yoldaşı yaralansa da, sağ qalıb.

Oxşar xəbərlər

Argentinada sahibkar 100 pingvinin ölümündə təqsirli bilinib
Argentinada sahibkar 100 pinqvinin ölümündə təqsirli bilinib
Jerar Depardye iki qadına qarşı təcavüzdə təqsirli bilinib
Paris məhkəməsi Marin Le Penə cəza verib
Paris məhkəməsi Marin Le Peni parlament köməkçiləri işində təqsirli bilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər