Paris məhkəməsi Marin Le Penə cəza verib
Paris məhkəməsi Marin Le Pen və “Milli Birlik” partiyasından olan səkkiz deputatı parlament köməkçiləri işində təqsirli bilib.
Bu barədə “Report” TASS-a istinadən xəbər verir.
Məhkəmənin qərarı ilə Le Pen dörd il müddətinə (iki il şərti və iki il elektron qolbaqla) azadlıqdan məhrum edilib
Bundan başqa məhkəmə Le Penə beş il müddətində dövlət orqanlarına seçilməyi qadağa qoyub. Məhkəmə qərara gəlib ki, hökm təcili yerinə yetirilməlidir.
Le Pen prokurorluğun tələbini partiyasını məhv etmək cəhdi kimi qiymətləndirib.
Hökm onun 2027-ci ildə prezidentliyə namizədliyini irəli sürməsinə mane ola biləcək seçilmək hüququnun itirilməsini nəzərdə tutur.
Le Pen Avropa Parlamentində köməkçiləri işə götürmək üçün ayrılan vəsaiti mənimsəməkdə təqsirli bilinib.
Oxşar xəbərlər
Paris məhkəməsi Marin Le Peni parlament köməkçiləri işində təqsirli bilib
Paris prokurorları Marin Le Penin həbs edilməsini tələb ediblər
Paris məhkəməsi Le Peni Avropa Parlamentinin vəsaitlərini mənimsəməkdə təqsirli bilib
Məhkəmə Sarkozinin azadlıqdan məhrum edilməsi qərarını qüvvədə saxlayıb
Fransalı siyasətçi Marin Le Pen azadlıqdan məhrum edilə bilər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













