ABŞ Kuba iqtisadiyyatının təxminən 40 %-nə nəzarət edən konqlomerata sanksiyalar tətbiq edib
Vaşinqton administrasiyası Kubadakı repressiyalarda ehtimal olunan iştiraklarına və ABŞ-nin milli təhlükəsizliyinə təhdidlərinə görə həmin ölkədəki bir sıra şəxslərə və şirkətlərə qarşı sanksiyalar tətbiq edib.
"Report" xəbər verir ki, bu barədə ABŞ-nin Dövlət Departamenti məlumat yayıb.
Bildirilib ki, Kuba iqtisadiyyatının təxminən 40 %-nə nəzarət edən "Grupo de Administracion Empresarial S.A." (GAESA) konqlomeratı sanksiyalara məruz qalıb. Həmçinin, GAESA-nın rəhbəri, vəzifəli şəxsi və ya direktorlar şurasının üzvü olan və ya vaxtilə bu vəzifələri tutmuş Aniya Lastres Morera sanksiyalar siyahısına daxil edilib.
Bundan əlavə, metallurgiya və mədənçıxarma sektorunda fəaliyyət göstərən "MOA Nickel SA" (MNSA) şirkətinə qarşı sanksiyalar tətbiq edilib.
Qeyd edilir ki, yaxın günlərdə və həftələrdə növbəti sanksiya qərarları qəbul edilə bilər.
Oxşar xəbərlər
ABŞ KXDR-ə yeni sanksiyalar tətbiq edib
ABŞ Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib
ABŞ Sudana qarşı sanksiyalar tətbiq etməyi planlaşdırır
ABŞ İranın xeyrinə pulların yuyulmasına görə bəzi şəxslərə və şirkətlərə sanksiyalar tətbiq edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
DÇ-2026: Mbappe Fransa - İraq oyununda hesabı açıb - YENİLƏNİR
-
Kanadada sinaqoqun qarşısında atışma olub, ölənlər var
-
Litva 3 milyon avro dəyərində ovçu PUA-ların hazırlanması üçün tender elan edib
-
Mərkəzi Bank iki ödəniş təşkilatına icrası məcburi göstəriş verib
-
Qalibaf: Livanın ərazi bütövlüyü təmin olunana qədər mübarizə aparacağıq
-
ÜST Ebola virusu riski altında olan ölkələri açıqlayıb
