ABŞ İranın xeyrinə pulların yuyulmasına görə bəzi şəxslərə və şirkətlərə sanksiyalar tətbiq edib
ABŞ İran rəhbərliyinin xeyrinə çirkli pulların yuyulması ilə mübarizə məqsədilə 10 fiziki və 27 hüquqi şəxsə sanksiya tətbiq edib.
"Report"un xəbərinə görə, bu barədə ABŞ Dövlət Departamentinin Mətbuat xidmətinin yaydığı məlumatda deyilir.
ABŞ hakimiyyətinin fikrincə, sanksiyalara məruz qalan şirkətlər və şəxslər Amerika sanksiyalarından yayınaraq neft və digər mallar satmaqla bir neçə milyard dolları yumağa müvəffəq olan sxemdə iştirak ediblər.
ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsinin saytında dərc olunan məlumatlara görə, İranın doqquz, Çinin bir vətəndaşına məhdudiyyətlər tətbiq edilib. Bundan əlavə, 27 şirkət məhdudlaşdırıcı tədbirlərə məruz qalıb ki, onlardan 17-si Honq-Konqda, 5-i BƏƏ-də, eyni sayda isə İranda yerləşir.
Sanksiya siyahısına daxil edilməsi ABŞ-dəki aktivlərin dondurulması və Amerika vətəndaşlarının və şirkətlərinin siyahıya alınmış şəxslərlə iş aparmasının qadağan olunması deməkdir.
Oxşar xəbərlər
ABŞ İrandan olan bir şəxs və beş şirkətə qarşı sanksiya tətbiq edib
ABŞ husilərə kömək etdiklərinə görə şirkətlərə və gəmilərə sanksiya tətbiq edib
ABŞ İran və Çinin 12 vətəndaşına qarşı sanksiya tətbiq edib
ABŞ Azərbaycandan bu şirkətə sanksiya tətbiq etdi
ABŞ 250-yə yaxın fiziki və hüquqi şəxsə qarşı sanksiya tətbiq edib - YENİLƏNİB
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













