ABŞ Sudana qarşı sanksiyalar tətbiq etməyi planlaşdırır
sizinxeber.az xəbər saytı

ABŞ Sudana qarşı sanksiyalar tətbiq etməyi planlaşdırır


ABŞ Sudanın 2024-ci ildə kimyəvi silahdan istifadə şübhəsi ilə bu ölkəyə qarşı sanksiyalar tətbiq etməyi planlaşdırır.

"Sizinxeber.az" xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.

"Sanksiyalar iki həftə sonra tətbiq edilə bilər. Bura ABŞ hökumətinin kreditlərinə çıxışa məhdudiyyətlər və s. daxildir", - məlumatda qeyd olunub.

Bildirilib ki, sanksiyalar Federal Reyestrdə dərc edildikdən sonra qüvvəyə minə bilər. Bu da təxminən 6 iyunda ola bilər.

ABŞ xarici siyasət idarəsi Sudan hakimiyyətini "kimyəvi silahdan hər hansı istifadəni dayandırmağa və onun nəzarəti üzrə öhdəliklərinə əməl etməyə" çağırıb.

Oxşar xəbərlər

“G7” ölkələri ABŞ-dan sonra Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edəcək
AK Rusiyaya qarşı 17-ci sanksiyalar paketini mayın 20-dək qəbul etməyi planlaşdırır
Britaniya Rusiyanın “kölgə donanması”na sanksiyalar tətbiq edəcək
ABŞ Rusiyanın neft tankerlərinə qarşı yeni sanksiyalar tətbiq edəcək
Ukrayna Poroşenkoya qarşı sanksiyalar tətbiq edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle