Xorvatiyada 4 miqrantın meyiti tapılıb, 15-i xilas edilib
Xorvatiyanın Karlovats şəhəri yaxınlığında 4 miqrantın meyiti tapılıb.
"Sizinxeber.az" "Reuters" agentliyinə istinadən xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanları məlumat yayıb.
Daha 15 miqrant aşkarlanıb, onlardan ikisi səhhətinə görə xəstəxanaya çatdırılıb. Məlumata görə, qalan 13 nəfər yaxınlıqdakı qaçqın mərkəzinə göndərilib.
Hüquq-mühafizə orqanları nümayəndələri bildiriblər ki, əməliyyat mayın 3-ü, bazar günü həmin ərazidə olan böyük bir miqrant qrupu haqqında məlumat daxil olduqdan sonra keçirilib.
Polisin məlumatına görə, naməlum yük maşını sürücüsü insanları Sloveniya ilə sərhədin yaxınlığında düşürərək gizlənib. Miqrantlar daşınma zamanı qeyri-insani şəraitdə olduqlarını bildiriblər.
Hazırda araşdırma aparılır. Dörd kişinin ölüm səbəblərini və şəxsiyyətlərini müəyyən etmək üçün məhkəmə-tibbi ekspertizalar təyin edilib.
Əlavə təfərrüatlar açıqlanmır.
Oxşar xəbərlər
Abşeronda 48 yaşlı kişinin meyiti aşkarlanıb
Sumqayıtda 76 yaşlı kişinin meyiti tapılıb
Yunanıstan adaları yaxınlığında 600-dən çox qeyri-qanuni miqrant xilas edilib
Sumqayıtda 64 yaşlı kişinin meyiti tapılıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İtkin şəhidimiz “Rəşadət” ordeni ilə təltif edildi - FOTO
-
FIFA Qətər millisinin futbolçusu Asim Madibonu 5 oyunluq cəzalandırıb
-
Rusiya ordusu Kiyevə ballistik raketlə hücum edib
-
Vens: ABŞ-la İran arasında birbaşa hərbi əlaqə kanalı yaradılacaq
-
Aşura günündə indiyədək 1140,3 litr qan toplanıb - YENİLƏNİB-3
-
AŞPA siyasi sifarişlərin həyata keçirildiyi məkana çevrilib - RƏY
