Mali müdafiə nazirinin ölümünü rəsmən təsdiqləyib
sizinxeber.az xəbər saytı

Mali müdafiə nazirinin ölümünü rəsmən təsdiqləyib


Malinin müdafiə və veteranlarla iş üzrə naziri Sadio Kamara hücum nəticəsində öldürülüb.

"Report" xəbər verir ki, bu barədə dövlət televiziyasının efirində hökumətin rəsmi nümayəndəsi İssa Usman Kulibali bildirib.

Onun sözlərinə görə, Kamara aprelin 25-də yaraqlıların nazirin həmin vaxt olduğu evə hücumu zamanı öldürülüb.

Daha əvvəl Kamaranın vəziyyəti ilə bağlı ziddiyyətli məlumatlar mövcud idi. İlk olaraq Malinin Müdafiə Nazirliyi idarə rəhbərinin hücum zamanı xəsarət almadığını bildirmişdi. Daha sonra "Jeune Afrique" jurnalı nazirin Bamako şəhərinin ətrafındakı Kati ordu bazasında yerləşən iqamətgahının yaxınlığında partlayıcı ilə təchiz edilmiş yük maşınının partladılması nəticəsində həlak olduğunu qeyd etmişdi.

Oxşar xəbərlər

Malinin müdafiə nazirinin iqamətgahına hücum olub
KİV: Mali müdafiə naziri öldürülüb
Afrika İttifaqı yaraqlıların Malinin paytaxtına və bölgələrinə hücumlarını pisləyib
"Reuters": Malinin əsas hərbi bazası yaxınlığında partlayış və atışma səsləri eşidilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər