"Reuters": Malinin əsas hərbi bazası yaxınlığında partlayış və atışma səsləri eşidilib
Malinin paytaxtı Bamako yaxınlığında yerləşən "Kati" əsas hərbi bazasınin yaxınlığında güclü partlayış səsləri eşidirib.
"Report" xəbər verir ki, bu barədə "Reuters" agentliyinə hadisənin şahidi bildirib.
"İki güclü partlayış və davamlı atışma səsləri eşidilib", - mənbə qeyd edib.
Şahidin sözlərinə görə, bu ərazidə olan əsgərlər yolları bağlayıblar.
Partlayışların səbəbləri məlum deyil. Heç bir silahlı qruplaşma mümkün hücuma görə məsuliyyəti öz üzərinə götürməyib.
Mali artıq bir neçə ildir ki, təhlükəsizlik baxımından qeyri-sabit vəziyyətlə üzləşir. Hərbçilər 2020 və 2021-ci illərdəki çevrilişlərdən sonra hakimiyyətə gələrək, əhəmiyyətli hissəsi, xüsusən də şimalı və mərkəzi silahlı qruplaşmaların təsiri altında qalan ölkədə vəziyyət üzərində nəzarəti bərpa edəcəklərini vəd ediblər.
Assimi Qoitanın rəhbərlik etdiyi hakimiyyət həmçinin beynəlxalq əməkdaşlığın, o cümlədən ABŞ ilə daha sıx əlaqələrin möhkəmləndirilməsinə ümid etdiyini bildirib.
Oxşar xəbərlər
İranın daha üç şəhərində partlayış səsləri eşidilib
Tehranda partlayış səsləri eşidilib
Dəməşqdə güclü atışma səsləri eşidilir
TUSAŞ-ın obyektində ikinci partlayış baş verib, doqquz nəfər ölüb - YENİLƏNİB -2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Rusiya ordusu Kiyevə ballistik raketlə hücum edib
-
Vens: ABŞ-la İran arasında birbaşa hərbi əlaqə kanalı yaradılacaq
-
Dünya Bankı Ukraynaya 3,4 milyard dollar ayıracaq
-
AŞPA siyasi sifarişlərin həyata keçirildiyi məkana çevrilib - RƏY
-
DÇ-2026: Kurasao - Fildişi Sahili oyununda ilk qol vurulub - YENİLƏNİR
-
Vinçentso Montella: "Bu qələbəni qazanmaq çox vacib idi"
