Malinin müdafiə nazirinin iqamətgahına hücum olub
sizinxeber.az xəbər saytı

Malinin müdafiə nazirinin iqamətgahına hücum olub


Malinin müdafiə və veteranlarla iş üzrə naziri Sadio Kamara şənbə günü səhər iqamətgahına edilən silahlı hücum zamanı yaralanmayıb.

"Report"un məlumatına görə, bu barədə "Anadolu" agentliyi ölkənin Müdafiə Nazirliyinə istinadən xəbər verib.

Məlumata görə, nazirin Bamako ətrafındakı Kati ordu bazasının ərazisində yerləşən iqamətgahına bombanın yerləşdirildiyi avtomobillə hücum edilib. Bina demək olar ki, tamamilə dağılıb.

Qeyd olunur ki, müdafiə naziri hücum zamanı evdə olmayıb.

Kati Malinin ən böyük ordu bazasıdır və Prezident Assimi Qoytanın iqamətgahlarından biri və nazirlərin evləri orada yerləşir.

Daha əvvəl bildirilib ki, aprelin 25-də səhər silahlılar ölkənin müxtəlif yerlərində ordunun onlarla mövqeyinə hücum edib. Mali Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatına görə, hücumlar dəf edilib və vəziyyət hakimiyyətin nəzarəti altındadır.

Oxşar xəbərlər

Yaponiyada Baş nazirin iqamətgahına hücum edilib
“Hizbullah” Netanyahunun iqamətgahına dronlarla hücum edib
"Reuters": Malinin əsas hərbi bazası yaxınlığında partlayış və atışma səsləri eşidilib
Malinin mərkəzindəki kəndlərə edilmiş hücumlarda yaraqlılar 20 nəfəri öldürüblər

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər