Almaniya və Fransa Aİ-nin gələcək büdcəsinə dair əks mövqe tuturlar
Kiprin Nikosiya şəhərində keçirilən Avropa İttifaqının (Aİ) qeyri-rəsmi sammitinin ikinci günündə, ittifaqın iki ən böyük iqtisadiyyatının məsələyə əks yanaşmaları səbəbindən Aİ-nin ortamüddətli büdcəsi – 2028–2034-cü illər üçün "Çoxillik maliyyə çərçivəsi" (MMF) ətrafında müzakirələr gözlənilir.
"Report"un Avropa bürosu xəbər verir ki, Almaniya borclanmanın artırılmasına qarşı çıxır, Fransa isə maliyyələşdirmənin genişləndirilməsini dəstəkləyir.
"Bu gün biz Avropa maliyyəsini və 2028-ci ildən sonrakı ortamüddətli maliyyə planını müzakirə edəcəyik. Biz yeni prioritetlər müəyyən etməliyik, bu isə Aİ büdcəsinin digər hissələrində xərclərin azaldılması deməkdir", - Almaniya kansleri Fridrix Merts bildirib.
Kanslerin sözlərinə görə, Berlin üçün borc yükünün artırılması və kapital bazarında ümumavropa istiqrazlarının buraxılması qəbuledilməzdir. "Bu, Almaniyanın dəstəklədiyi mövqe deyil. Avropa malik olduğu vəsaitlərlə kifayətlənməlidir", - o əlavə edib və bir sıra ölkələrin bu yanaşmanı dəstəklədiyini vurğulayıb.
Bu arada Fransa Prezidenti Emmanuel Makron əks mövqe tutaraq, Aİ büdcəsinin ümumi həcminin artırılması tərəfdarı kimi çıxış edir.
Öz maliyyə vəziyyətindən narahat olan Fransa və bəzi digər Aİ ölkələri xərclərin artımını, o cümlədən fermerlərə, regionlara və ümumavropa proqramları üzrə daha böyük ödənişləri dəstəkləyirlər.
Fransa lideri hesab edir ki, əlavə vəsaitlər Aİ-nin "öz resursları" adlandırılan - vahid bazar sektorlarından edilən yığımlardan əldə olunan gəlirlər hesabına daxil ola bilər. Həmçinin, onun sözlərinə görə, iqtisadi sabitlik və xarici siyasətə dəstək, o cümlədən Yaxın Şərqlə bağlı təşəbbüslər və müdafiə əməkdaşlığının gücləndirilməsi məsələləri üzrə Avropa ölkələrinin koordinasiyası vacibdir.
Müzakirələr həm də onunla mürəkkəbləşir ki, büdcə mövzusu geosiyasi böhranlar fonunda dəfələrlə arxa plana keçirilib və qərar bu ilin sonuna qədər əldə olunmalıdır.
Oxşar xəbərlər
Merts: Almaniya Ukraynanın Aİ-yə üzv olmaq planlarını tam dəstəkləyir
Avropa Komissiyası 2028-2034-cü illər üçün büdcəni təqdim edib
Almaniya kansleri: Rusiyaya qarşı yeni sanksiya paketi hazırdır
Azərbaycanın 2025-2028-ci illər üzrə Ortamüddətli Büdcə Çərçivəsi açıqlanıb
Almaniya Avropa Komissiyası ilə 2029-cu ilə qədər maliyyə planı barədə razılığa gəlib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İlham Əliyev: "Bu gün yoxsulluğun və işsizliyin səviyyəsi təqribən 5 faiz təşkil edir"
-
Basqalda şəhid övladlarının "Zəfər" intellektual yay düşərgəsi keçirilib
-
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib - YENİLƏNİB-3
-
Conatan Devid Kanada millisinin tarixinə düşüb
-
Azərbaycanın uğur modeli sabitlik, etibarlılıq və uzaqgörən inkişaf strategiyasına əsaslanır - RƏY
-
Xankəndi şəhərinə növbəti köç karvanı yola salınıb
