Tramp Ağ Evdə Livan və İsrail arasında keçiriləcək danışıqlarda şəxsən iştirak edəcək
Vaşinqton administrasiyasının rəhbəri Donald Tramp Livan və İsrailin ABŞ-dakı səfirlərinin Ağ Evdə keçiriləcək növbəti görüşündə iştirak edəcək.
"Report" xəbər verir ki, bu barədə tanınmış jurnalist Nadya Bilbassi-Çarters sosial mediada mənbələrə istinadən məlumat yayıb.
"Trampın iştirakı əhəmiyyətli olacaq. Livan tərəfi atəşkəsi uzatmaq istəyir və İsraili jurnalistlərin, ilk yardım göstərənlərin və dini yerlərin qorunmasını təmin etməyə çağırır, İsrail isə iki ölkə nümayəndələri arasında əlaqələri cinayət hesab edən Livan qanununun ləğvini istəyir", - deyə o qeyd edib.
14 apreldə ABŞ-ın himayəsi altında Vaşinqtonda Livan-İsrail danışıqlarının ilkin mərhələsi keçirilib. Görüş atəşkəs razılaşmasının əldə edilməsinə yönəlmiş sülh danışıqlarının başlama tarixini müəyyən etmək məqsədi daşıyıb.
Aprelin 16-da ABŞ prezidenti Donald Tramp İsrail və Livanın Şərq vaxtı ilə saat 17:00-dan etibarən 10 günlük atəşkəs barədə razılığa gəldiyini açıqlayıb.
Oxşar xəbərlər
Tramp İsrail və Livan səfirlərinin görüşündə iştirak edəcək
İsrail və Livan arasında danışıqların ikinci raundu ABŞ-də keçiriləcək
İsrail və Livan 10 günlük atəşkəs elan edir
Tramp: İsrail və Livan 10 günlük atəşkəsə razılaşıb
İƏT Livan və İsraili atəşkəs razılaşmasına riayət etməyə çağırıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
DÇ-2026: Mbappe Fransa - İraq oyununda hesabı açıb - YENİLƏNİR
-
Azərbaycan və Türkmənistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
-
DÇ-2026: Argentina - Avstriya matçında ikinci hissə başlayıb - YENİLƏNİR-4
-
Litva 3 milyon avro dəyərində ovçu PUA-ların hazırlanması üçün tender elan edib
-
ASCO-nun "Süleyman Vəzirov" borudüzən gəmisi təmirdən sonra istismara qaytarılıb
-
Mərdəkanda dənizdə batan 4 nəfərdən 2-nin meyiti tapılıb - YENİLƏNİB
