İsrail və Livan 10 günlük atəşkəs elan edir
ABŞ Prezidenti Donald Tramp İsrail və Livanın bu gündən etibarən 10 günlük atəşkəs elan etdiyini bildirib.
"Report" xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp Livan və İsrail liderləri ilə telefon danışıqlarının yekunlarına əsasən "Truth Social" sosial şəbəkəsində yazıb.
"Mən indicə Livanın çox hörmətli Prezidenti Jozef Aun və İsrailin Baş naziri Benyamin Netanyahu ilə çox yaxşı danışıqlar apardım. Bu iki lider ölkələri arasında sülhə nail olmaq üçün Şərq vaxtı ilə axşam saat 5-də rəsmi olaraq 10 günlük atəşkəs rejimi tətbiq edəcəkləri barədə razılığa gəldilər", - Tramp bildirib.
ABŞ liderinin sözlərinə görə, o, ölkənin vitse-prezidenti Cey Di Vensə və dövlət katibi Marko Rubioya Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri Den Keynlə birgə davamlı sülhə nail olmaq üçün İsrail və Livanla işləməyi tapşırıb.
Oxşar xəbərlər
ABŞ Prezidenti Livan və İsrail arasında liderlər səviyyəsində danışıqları anons edib
Trampla Aun Livan və İsrail arasında atəşin tezliklə dayandırılmasını müzakirə ediblər
İsrail və Livan liderləri bu gün danışıqlar aparacaq
Cozef Aun Netanyahu ilə danışıqlardan imtina edib - YENİLƏNİB
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
Futbolçularıma dedim ki, başlarını dik tutsunlar - Montella
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
"Neftçi" 3x3 basketbol üzrə Dünya Seriyasının Sumqayıt mərhələsində 1/4 finala yüksəlib
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
-
Tramp Qətərin ona bağışladığı nəhəng təyyarəni göstərdi - Video
