Pentaqon: İrana qarşı əməliyyat zamanı ABŞ-nin 415 hərbçisi yaralanıb
ABŞ və İsrailin İrana qarşı əməliyyatı başlayandan bəri 415 amerikalı hərbi qulluqçu yaralanıb.
"Sizinxeber.az" xəbər verir ki, bu barədə Pentaqonun bəyanatında deyilir.
"Döyüş əməliyyatları zamanı ordunun 271 hərbi qulluqçusu, Hərbi Dəniz Qüvvələrinin 63 dənizçisi, 19 dəniz piyadası və Hərbi Hava Qüvvələrinin 62 hərbi qulluqçusu yaralanıb", - qurumdan dəqiqləşdirilib.
Məlumatda qeyd olunur ki, yaralıların böyük hissəsi artıq xidmətə qayıdıb.
ABŞ Birləşmiş Qərargah Rəisləri Komitəsinin rəhbəri Den Keynin daha əvvəl bildirdiyi kimi, amerikalı hərbi qulluqçular yaralanmaların əksəriyyətini İranın pilotsuz uçuş aparatlarının (PUA) hücumları nəticəsində alıblar.
Döyüş əməliyyatları zamanı 13 ABŞ hərbçisi həlak olub. Onlardan altısı Küveyt, biri isə Səudiyyə Ərəbistanında ölüb. Digər hərbçilər Amerikanın yanacaqdolduran təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olublar.
Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyata başlayıb və bir sıra şəhərlərə aviazərbələr endirib. Həmin gün zərbələr nəticəsində İranın Ali rəhbəri Əli Xamenei öldürülüb. Buna cavab olaraq İran İsrail ərazisinə raket zərbələri endirib və Fars körfəzi ölkələrindəki ABŞ hərbi bazalarına hücum edib.
İran, ABŞ və onların müttəfiqləri 2026-cı il aprelin 8-nə keçən gecə iki həftəlik atəşkəs barədə razılığa gəliblər.
Aprelin 11-12-də İslamabadda Pakistanın vasitəçiliyi ilə İran və ABŞ arasında danışıqlar keçirilib, amma nəticəsiz qalıb.
Oxşar xəbərlər
Pentaqon: İranla münaqişədə ən azı 390 amerikalı hərbçi yaralanıb
İranın Küveydəki bazaya hücumu zamanı ABŞ-nin 15 hərbçisi yaralanıb
BƏƏ-nin bir hərbçisi İranın Bəhreynə hücumu zamanı həlak olub
Livanın cənubunda daha bir İsrail hərbçisi həlak olub
ABŞ və İsrailin İrana zərbələri nəticəsində 3,3 mindən çox insan ölüb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tramp üzr istəsin, rəsmi danışıqlara qayıdaq - İrandan şərt
-
Altıncı "Yüksəliş" müsabiqəsinin idarəetmə bacarıqları imtahanının nəticələri elan olunub
-
DÇ-2026: Almaniya - Fildişi Sahili oyununda ilk hissə bitib - YENİLƏNİR-2
-
DÇ-2026: Almaniya - Fildişi Sahili oyununda ikinci hissə başlayıb - YENİLƏNİR-3
-
DÇ-2026: Yaponiya Tunisə böyük hesabla qalib gəlib - YENİLƏNİB-7
-
İran nümayəndə heyəti İsveçrəyə gedib
