Pentaqon: İranla münaqişədə ən azı 390 amerikalı hərbçi yaralanıb
sizinxeber.az xəbər saytı

Pentaqon: İranla münaqişədə ən azı 390 amerikalı hərbçi yaralanıb


ABŞ və İsrailin İranda apardığı əməliyyat zamanı ən azı 390 amerikalı hərbi qulluqçu yaralanıb.

"Sizinxeber.az" xəbər verir ki, bu barədə Pentaqon məlumat yayıb.

Daha əvvəl Pentaqon 380 amerikalı hərbçinin yaralandığını açıqlamışdı.

Əsgərlərin əksəriyyəti İranın pilotsuz uçuş aparatlarının hücumları zamanı yaralanıb.

Məlumatda qeyd olunub ki, yaralanan hərbçilərin çoxu artıq xidmətə qayıdıb.

Bildirilib ki, aparılan döyüş əməliyyatları zamanı 13 amerikalı hərbi qulluqçu, o cümlədən 6 nəfər Küveytdə və 1 nəfər Səudiyyə Ərəbistanında həlak olub. Digər hərbiçilər ABŞ yanacaqdoldurma təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olub.

Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb. Nəticədə İranın Ali rəhbəri Əli Xamenei və bir sıra yüksək vəzifəli şəxslər öldürülüb. Bundan sonra İran İsraillə yanaşı, ABŞ və müttəfiqlərinin hərbi bazalarının yerləşdiyi Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Oman, Bəhreyn, Küveyt, İraq və Kiprdə müəyyən etdiyi hədəflərə zərbələr endirməyə başlayıb.

Aprelin 8-də isə İran ilə ABŞ və onların müttəfiqləri ikihəftəlik atəşkəs barədə razılığa gəliblər. ABŞ və İran arasında danışıqlar aprelin 11-də Pakistanda keçiriləcək.

Oxşar xəbərlər

Təbriz bombalanıb, "Bəsic"in 13 əməkdaşı öldürülüb
ABŞ və İsrail İranın Kaşan şəhərində dəmir yolu körpüsünə hücum edib
KİV: İsfahanda zavoda hücum nəticəsində 15 nəfər həlak olub
İrana qarşı İsrail-ABŞ birgə əməliyyatında 18 mindən çox döyüş sursatı istifadə olunub
ABŞ və İsrail İranın Natanzdakı atom obyektinə zərbə endirib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər