Kiyev Türkiyədən Zelenski - Putin görüşünü təşkil etməsini istəyib
sizinxeber.az xəbər saytı

Kiyev Türkiyədən Zelenski - Putin görüşünü təşkil etməsini istəyib


Rəsmi Kiyev Türkiyədən Ukrayna lideri Volodimir Zelenski ilə Rusiya Prezidenti Vladimir Putin arasında görüşün təşkili imkanlarını nəzərdən keçirməsini istəyib.

"Sizinxeber.az"un məlumatına görə, Ukraynanın XİN başçısı Andrey Sibiqa bunu "Ukrinform" agentliyinə müsahibəsində bildirib.

"Biz Türkiyədən Zelenski ilə Putin arasında (Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan - red) və (ABŞ Prezidenti Donald Tramp- red) Trampın mümkün iştirakı ilə görüşün təşkili imkanını nəzərdən keçirməsini xahiş etmişik. Biz bu görüşə hazırıq", - Sibiqa deyib.

O, Türkiyə diplomatlarının işini yüksək qiymətləndirərək, onu çox səmərəli adlandırıb. Bununla yanaşı nazir həmçinin qeyd edib ki, Türkiyə də Rusiya-Ukrayna münaqişəsinin həllində maraqlıdır.

Oxşar xəbərlər

Sibiqa Ukrayna, Rusiya, Türkiyə və ABŞ liderlərinin mümkün görüşünü anons edib
Tramp: Putin və Zelenski dil tapa biləcəklər
Ağ Ev: Tramp Putin və Zelenski ilə görüşməyə hazırdır
Putin Zelenski ilə görüşə hazır olduğunu bildirib
Tramp tərəflərin özü, Putin və Zelenski ilə görüşə hazırlaşdığını bildirib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər