Sibiqa Ukrayna, Rusiya, Türkiyə və ABŞ liderlərinin mümkün görüşünü anons edib
Ukraynanın xarici işlər naziri Andrey Sibiqa Türkiyə və ABŞ prezidentlərinin iştirakı ilə liderlər səviyyəsində Rusiya ilə görüşə hazır olduqlarını təsdiqləyib.
"Sizinxeber.az" "İnterfaks-Ukrayna"ya istinadən xəbər verir ki, bu barədə nazir Antalya Diplomatiya Forumunda bildirib.
"Biz liderlər səviyyəsində görüşün təşkili məsələsində türkiyəli dostlarımıza güvənirik. Buna görə də bu görüşə hazırıq. Həmçinin Türkiyədə. Mən Ukrayna Prezidenti Volodimir Zelenski, Rusiya Prezidenti Vladimir Putin, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və ola bilsin, ABŞ Prezidenti Donald Tramp arasında görüşü nəzərdə tuturam. Ukrayna Prezidentinin son səfəri zamanı biz bu mesajı türkiyəli dostlarımıza çatdırdıq", – Sibiqa bildirib.
O həmçinin vurğulayıb ki, Türkiyə sülh səylərində çox mühüm rol oynayır.
Oxşar xəbərlər
Andrey Sibiqa: Rusiya Ukraynaya kütləvi hücumlara hazırlaşır
Andrey Sibiqa: Ukrayna bu il Rusiya ilə münaqişəyə son qoymaqda maraqlıdır
Kiyev İstanbul görüşündən gözləntilərini açıqlayıb
Sibiqa: Ukrayna və ABŞ münasibətlərinin ən çətin mərhələsi artıq arxadadır
Ərdoğan ABŞ-Rusiya liderlərinin görüşünü alqışlayıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
Futbolçularıma dedim ki, başlarını dik tutsunlar - Montella
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
"Qarabağ"ın Avstriya təlim-məşq toplanışı proqramında dəyişiklik edilib
-
"Neftçi" 3x3 basketbol üzrə Dünya Seriyasının Sumqayıt mərhələsində 1/4 finala yüksəlib
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
