İsrail XİN Quterreşin Livanla bağlı bəyanatını tənqid edib
sizinxeber.az xəbər saytı

İsrail XİN Quterreşin Livanla bağlı bəyanatını tənqid edib


İsrailin Xarici İşlər Nazirliyi (XİN) BMT-nin Baş katibi Antonio Quterreşi Livanla sülhün əldə olunması istiqamətində səyləri dəstəkləməyə çağırıb.

"Sizinxeber.az" xəbər verir ki, bu barədə İsrail XİN "X" sosial şəbəkəsindəki səhifəsində yazıb.

Qeyd olunub ki, bəyanat Quterreşin İsrail və radikal "Hizbullah" qruplaşmasının Livan hökumətində sabitliyi pozmaq üçün guya bir-birinə kömək etməsi barədə fikirlərinə cavab olaraq verilib.

"Suveren BMT üzvü olan dövlətin terror təşkilatı ilə eyniləşdirilməsi BMT Baş katibinin uğursuzluğunun daha bir sübutudur. Təşkilat "Hizbullah"ı tərksilah edə bilməyib və Təhlükəsizlik Şurasının öz qətnaməsini yerinə yetirə bilməyib Antonio Quterreş İsrail və Livan arasında sülhün əldə olunması səylərini qətiyyətlə dəstəkləməlidir", - XİN-in bəyanatında bildirilib.

Xatırladaq ki, aprelin 14-də Vaşinqtonda ABŞ-ın himayəsi altında Livan-İsrail təmaslarının ilkin raundu keçirilmişdi, burada atəşkəs sazişinə nail olmaq məqsədilə sülh danışıqlarının başlama tarixi müəyyən edilməli idi. Nümayəndə heyətlərinə Livanın və İsrailin ABŞ-dakı səfirləri Nada Hammad-Muavvad və Yexiel Layter rəhbərlik edirdilər.

Oxşar xəbərlər

Gideon Saar: "Hizbullah" İsrail və Livan arasında əsas maneədir
İsrailin ABŞ-dəki səfiri Vaşinqtonda Livanla danışıqları uğurlu adlandırıb
CNN: Rubio Vaşinqtonda İsrail-Livan danışıqlarına qatılacaq
BMT İsrail və “Hizbullah”ı atəşkəsə çağırıb
KİV: Livan və İsrail aprelin 11-də atəşkəs elan edə bilər

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər