Zelenski: NATO və Ukrayna PURL təşəbbüsü üzrə əməkdaşlığı dərinləşdirir
Ukrayna və NATO hava hücumundan müdafiənin (HHM) gücləndirilməsinə yönəlmiş PURL təşəbbüsü üzrə yenilənmələr hazırlayır.
"Report" xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski NATO-nun Baş katibi Mark Rütte ilə telefon danışığının yekunları üzrə "X" sosial şəbəkəsində yazıb.
"Biz NATO-nun Baş katibi Mark Rütte ilə hava məkanımızın qorunması, bizə "Patriot" sistemləri üçün raketlər almağa imkan verən PURL təşəbbüsü, eləcə də hazırda bütün dünyanın üzləşdiyi əsas təhlükəsizlik problemləri barədə danışdıq", - o yazıb.
Zelenskinin sözlərinə görə, tərəflər koordinasiyalı səylərin və qarşılıqlı dəstəyin vacibliyini təsdiqləyiblər.
"Hava hücumundan müdafiənin gücləndirilməsi bizim əsas prioritetimizdir və insanların həyatı qorunmalıdır. Biz PURL təşəbbüsü üzrə yenilənmələr hazırlayırıq. Kömək edən hər kəsə təşəkkür edirəm!", - o vurğulayıb.
PURL (Prioritized Ukraine Requirements List) - ABŞ istehsalı olan tədarüklərin məqsədyönlü şəkildə maliyyələşdirilməsi vasitəsilə Ukraynanı kritik vacib silahlarla təmin etməyə imkan verən ABŞ və NATO təşəbbüsüdür.
Oxşar xəbərlər
Zelenski: Ukrayna PURL mexanizmi vasitəsilə 1,5 milyard dollar cəlb edə bilib
Almaniya müdafiəni gücləndirmək üçün Ukraynaya 500 milyon dollar ayırır
Zelenski və Merts Ukrayna HHM-inin “Patriot”larla gücləndirilməsini müzakirə edib
Mark Rutte Ukraynaya planlaşdırılmamış səfər edib
NATO-nun baş katibi Ukrayna üzrə Təmas Qrupunun iclaslarında iştirak edəcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İtkin şəhidimiz “Rəşadət” ordeni ilə təltif edildi - FOTO
-
FIFA Qətər millisinin futbolçusu Asim Madibonu 5 oyunluq cəzalandırıb
-
Rusiya ordusu Kiyevə ballistik raketlə hücum edib
-
Vens: ABŞ-la İran arasında birbaşa hərbi əlaqə kanalı yaradılacaq
-
Aşura günündə indiyədək 1140,3 litr qan toplanıb - YENİLƏNİB-3
-
AŞPA siyasi sifarişlərin həyata keçirildiyi məkana çevrilib - RƏY
