Macarıstanda parlament seçkilərində səsvermə başlayıb
Bazar günü yerli vaxtla saat 06:00-da (Bakı vaxtı ilə 08:00-da) Macarıstanda nəticələri hökumətin yeni tərkibini müəyyən edəcək ölkənin birpalatalı parlamentinə - Dövlət Məclisinə seçkilərdə səsvermə başlayıb.
"Sizinxeber.az" xəbər verir ki, seçki məntəqələri yerli vaxtla saat 19:00-dək açıq olacaq.
Seçkilərdə 199 mandat uğrunda mübarizə gedir: onların 93-ü partiya siyahıları üzrə, qalan 106-sı isə birmandatlı seçki dairələrində bölüşdürüləcək. Əsas rəqiblər FİDES ("Macarıstan Vətəndaş İttifaqı") partiyası və onun kiçik tərəfdaşı olan Xristian-Demokratik Xalq Partiyasının (XDXP) hakim koalisiyası ilə müxalif "Tisa" partiyasıdır. FİDES-in lideri hazırkı Baş nazir Viktor Orbandır, "Tisa"ya isə keçmiş hökumət rəsmisi və avrodeputat Peter Madyar rəhbərlik edir.
Analitiklərin qiymətləndirmələrinə görə, digər siyasi qüvvələr arasında beş faizlik seçki baryerini aşmaq və parlamentdə təmsil olunmaq üçün real şanslara yalnız Laslo Torotskainin rəhbərlik etdiyi sağ radikal "Vətənimiz" partiyası malikdir.
2022-ci ildə keçirilmiş əvvəlki parlament seçkilərində FİDES və XDXP koalisiyası 135 deputat yeri qazanaraq konstitusiya səs çoxluğu əldə etmişdi.
Qeyd edək ki, Macarıstanda sükut günü nəzərdə tutulmayıb, lakin səsvermə günü seçki məntəqələrinin 150 metrlik radiusunda təşviqat fəaliyyətinin aparılmasına, eləcə də kütləvi informasiya vasitələrində siyasi reklamın yerləşdirilməsinə qadağa qüvvədədir. Bununla belə, əvvəllər yerləşdirilmiş seçkiqabağı təşviqat materiallarının yığışdırılmamasına icazə verilir.
Ekzitpol məlumatlarının dərcinə seçki məntəqələrinin işi başa çatdıqdan sonra icazə verilir.
Oxşar xəbərlər
Bolqarıstanda növbədənkənar parlament seçkiləri keçirilir
Litvada parlament seçkilərində hakim partiya ikinci yerə çıxıb
Xorvatiyada prezident seçkilərində səsvermə başa çatıb
Uruqvayda ümumi seçkilərdə səsvermə başa çatıb
Kanadada keçirilən parlament seçkilərində “Liberal Partiya” liderdir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tramp üzr istəsin, rəsmi danışıqlara qayıdaq - İrandan şərt
-
DÇ-2026: Uruqvay - Kabo Verde oyununda hesab yenidən bərabərləşib - YENİLƏNİR-6
-
DÇ-2026: Belçika - İran oyununda ikinci hissə başlayıb - YENİLƏNİR-2
-
"Axios" ABŞ və İran arasında İsveçrədə keçirilən danışıqların təfərrüatlarını açıqlayıb
-
Günəşdə güclü partlayış oldu
-
Məhəmməd Salah Misir yığmasının yeni rekordçusu olub
