Səfir: İsrail "Hizbullah"la atəşkəsi müzakirə etmək niyyətində deyil
sizinxeber.az xəbər saytı

Səfir: İsrail "Hizbullah"la atəşkəsi müzakirə etmək niyyətində deyil


İsrail Livanın "Hizbullah" hərəkatı ilə atəşkəsi müzakirə etmək niyyətində deyil.

"Report" xəbər verir ki, bu barədə İsrailin ABŞ-dəki səfiri Yexiel Leyter "The Times of Israel" nəşrinə şərhində bildirib.

"İsrailə hücumlarını davam etdirən və iki ölkə arasında sülh yolunda əsas maneə olan "Hizbullah" terror təşkilatı ilə atəşkəsi müzakirə etmək niyyətində deyilik", - Y.Leyter vurğulayıb.

Qeyd edək ki, ötən gün Leyter Livanın ABŞ-dəki səfiri Nada Həmadə və ABŞ-nin Livandakı diplomatik missiyasının rəhbəri Mişel İssa ilə telefon danışığı aparıb, tərəflər aprelin 14-də birbaşa danışıqlara başlamaq imkanını müzakirə ediblər.

Oxşar xəbərlər

KİV: İsrail və Livan növbəti həftə Vaşinqtonda danışıqlar aparacaq
Yeni Zelandiya "Hizbullah"ı terror təşkilatları siyahısına daxil edib
ABŞ və İsrail “Hizbullah” liderinin öldürülməsinin nəticələrini müzakirə edirlər
KİV: "Hizbullah" İsrail hərbçilərinin mövqelərinə zərbələr endirib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər