Səudiyyə Ərəbistanında raket qalıqları enerji obyektlərinə ziyan vurub
sizinxeber.az xəbər saytı

Səudiyyə Ərəbistanında raket qalıqları enerji obyektlərinə ziyan vurub


İrandan atılan raketlərin qalıqları Səudiyyə Ərəbistanının Şərq əyalətindəki enerji obyektlərinə düşərək ziyan vurub.

"Sizinxeber.az"un xəbərinə görə, bu barədə Səudiyyə Ərəbistanının Müdafiə Nazirliyi məlumat verib.

Nazirliyin açıqlamasına görə, ballistik raket qalıqları enerji obyektlərinin yaxınlığında düşüb. Nazirlik əlavə edib ki, hazırda ziyanın qiymətləndirilməsi aparılır. Ziyana məruz qalan obyektlərin adları açıqlanmır.

Bundan əlavə, Səudiyyə Ərəbistanının hərbçiləri ölkənin Hava Hücumundan Müdafiə Qüvvələrinin İrandan krallığın Şərq əyalətinə atılan yeddi raketi ələ keçirdiyini və məhv etdiyini bildirib.

Oxşar xəbərlər

Səudiyyə Ərəbistanı və BƏƏ raket və dron hücumları barədə məlumat verib
Səudiyyə Ərəbistanının HHM qüvvələri altı ballistik raketi məhv edib
ABŞ və Səudiyyə Ərəbistanı 600 milyard dollarlıq sazişlər paketi imzalayıb
Ronaldu Səudiyyə Ərəbistanı çempionatını bombardir kimi başa vurub
Suriya və Səudiyyə Ərəbistanı 6 milyard dollarlıq sazişlər imzalayıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər