Suriya və Səudiyyə Ərəbistanı 6 milyard dollarlıq sazişlər imzalayıb
sizinxeber.az xəbər saytı

Suriya və Səudiyyə Ərəbistanı 6 milyard dollarlıq sazişlər imzalayıb


Suriya və Səudiyyə Ərəbistanı dəyəri 6 milyard dollardan çox olan 47 saziş və anlaşma memorandumu imzalayıb.

“Sizinxeber.az”un Ərəbistan mediasına istinadən verdiyi məlumata görə, sənədlər Dəməşqdə keçirilən Suriya-Səudiyyə İnvestisiya Forumu çərçivəsində imzalanıb.

Sənədlər telekommunikasiya, kibertəhlükəsizlik və aviasiya sahələrini əhatə edir.

Forumda Suriya Prezidenti Əhməd əş-Şaraa, Səudiyyə Ərəbistanının investisiya naziri Xalid əl-Falih, eləcə də hər iki ölkənin dövlət və özəl təşkilatlarının nümayəndələri iştirak ediblər.

Nazir Xalid əl-Falih vurğulayıb ki, Səudiyyə Ərəbistanının nümayəndə heyətinin Dəməşqə səfəri krallığın Suriyanın bərpasına dəstəyini əks etdirir. Onun sözlərinə görə, vəliəhd şahzadə Məhəmməd bin Salmanın göstərişi ilə yaradılan Səudiyyə-Suriya Biznes Şurası gələcək əməkdaşlığa və Suriya iqtisadiyyatının bərpasına yardıma görə məsul olacaq.

Oxşar xəbərlər

Suriya zəvvarların daşınması üçün Türkiyə və Səudiyyə Ərəbistanı ilə sazişlər imzalayıb
Səudiyyə Ərəbistanı və Qətər Suriyanın Dünya Bankına borcunu ödəyəcək
ABŞ və Səudiyyə Ərəbistanı 600 milyard dollarlıq sazişlər paketi imzalayıb
Prezident İlham Əliyev Çernobbioda Səudiyyə Ərəbistanının investisiya naziri ilə görüşüb
Suriya və Livan müdafiə nazirləri sərhədlərin demarkasiyasına dair saziş imzalayıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle