Səudiyyə Ərəbistanı və BƏƏ raket və dron hücumları barədə məlumat verib
sizinxeber.az xəbər saytı

Səudiyyə Ərəbistanı və BƏƏ raket və dron hücumları barədə məlumat verib


Səudiyyə Ərəbistanının Müdafiə Nazirliyi Ər-Riyad və ölkənin şərq regionu üzərində üç pilotsuz uçuş aparatının ələ keçirildiyini bildirib.

"Report" "Al Jazeera"ya istinadən xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, dronlar krallığın hava hücumundan müdafiə vasitələri tərəfindən vurulub. İnsidentlə bağlı digər təfərrüatlar hələlik açıqlanmır.

Bundan başqa, hərbçilərin verdiyi məlumata görə, Birləşmiş Ərəb Əmirliklərinin hava hücumundan müdafiə sistemləri hazırda İran ərazisindən buraxılan raket hücumlarını və dron zərbələrini dəf edir.

BƏƏ Müdafiə Nazirliyi təsdiqləyib ki, ölkənin müxtəlif rayonlarında eşidilən səslər ballistik raketlərin ələ keçirilməsi üzrə HHM sistemləri, həmçinin dronları məhv edən qırıcı təyyarələrin fəaliyyəti ilə əlaqədardır.

Oxşar xəbərlər

Rusiya MN: Gecə ərzində bölgələrdə Ukraynanın 100-ə yaxın dronu vurulub
Səudiyyə Ərəbistanının şərqində daha 30 İran dronu zərərsizləşdirilib
Rusiya regionları üzərində 115 Ukrayna PUA-sı vurulub
İsrail qırıcısı Tehran səmasında İran təyyarəsini vurdu

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər