Zelenski: Ukraynanı neftin nəqlinə qəsdən mane olmaqda günahlandırmaq əsassızdır
Bu dəfə "Drujba" neft kəmərinə dəymiş ziyan daha ciddidir. Ukraynanın neftin nəqlinə qəsdən mane olmaqda günahlandırılması əsassızdır.
"Report"un Avropa bürosu xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenskinin Avropa İttifaqı (Aİ) liderlərinə ünvanladığı, neft kəmərinin fəaliyyətinin bərpası üçün texniki və maliyyə yardımı üzrə onların təklifi ilə razılaşdığı məktubunda bildirilib.
Onun sözlərinə görə, "Drujba" infrastrukturu vahid bir sistemdir və Brodıdaki əsas nasos stansiyasının zədələnməsi onun işini pozur: "Brodı nasos stansiyası fəaliyyət göstərmədən boru kəməri sistemində lazımi işçi təzyiqini saxlamaq və neftin təhlükəsiz tranzitini təmin etmək texniki cəhətdən qeyri-mümkündür".
Zelenski əlavə edib ki, Ukrayna həmçinin "alternativ texniki həll üzərində" işi başa çatdırır.
"Biz gözləyirik ki, təxminən bir ay yarım sonra Brodı nasos stansiyası texniki fəaliyyətini bərpa edəcək. Bu, əlbəttə ki, Rusiya tərəfindən hücumlar olmadığı təqdirdə, axınların tam bərpasını təmin edəcək", - məktubda qeyd olunub.
Oxşar xəbərlər
Aİ "Drujba" neft kəmərinin bərpasına dəstək göstərəcək
Peter Siyarto: Ukrayna "Drujba" üzrə üçtərəfli məsləhətləşmələrdən imtina edir
Çexiya “Drujba” boru kəmərindəki nasazlıq səbəbindən “Orlen Unipetrol”a 330 min ton neft verəcək
Siyarto: Rusiyadan Macarıstana neft tədarükü bərpa edilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kadir İnanır vəfat etdi
-
Şənbə günü leysan yağacaq, güclü külək əsəcək
-
DÇ-2026: Seneqal - İraq matçında hesab açılıb - YENİLƏNİR
-
Vinçentso Montella: "Bu qələbəni qazanmaq çox vacib idi"
-
Azərbaycanda əsgərlik müddətinin azaldılması və ödənişli hərbi xidmətlə bağlı RƏSMİ AÇIQLAMA
-
Elm və Təhsil Nazirliyi cari tədris ilinin hesabatını YAYDI
