Peter Siyarto: Ukrayna "Drujba" üzrə üçtərəfli məsləhətləşmələrdən imtina edir
sizinxeber.az xəbər saytı

Peter Siyarto: Ukrayna "Drujba" üzrə üçtərəfli məsləhətləşmələrdən imtina edir


Ukrayna "Drujba" neft kəməri üzrə Slovakiya və Ukraynanın energetika nazirləri ilə üçtərəfli məsləhətləşməyə qatılmaqdan imtina edib.

"Report" xəbər verir ki, bunu Macarıstanın xarici işlər naziri Peter Siyarto bildirib.

"Bu günə Slovakiya və Ukraynanın energetika nazirləri ilə üçtərəfli məsləhətləşmə planlaşdırılmışdı, lakin yekunda Ukrayna tərəfi iştirak etmək istəmədi. Bu, Macarıstan Energetika Nazirliyinin nümayəndə heyətinin Kiyevdə üç gün yarım qalaraq dialoq qurmağa çalışmasından sonra baş verib", - o bildirib.

Nazir həmçinin qeyd edib ki, görüşlərlə bağlı bütün sorğular həm Kiyevdə, həm də Brüsseldə rədd edilir.

P.Siyarto əlavə edib ki, Ukrayna Avropa İttifaqı nümayəndələrinə "Drujba" neft kəmərində yoxlama aparmağa icazə vermir:

"Aydındır ki, ukraynalılar texniki və fiziki cəhətdən işləməyə hazır olmasına baxmayaraq, "Drujba" neft kəmərini sırf siyasi səbəblərdən yenidən işə salmırlar".

Oxşar xəbərlər

Siyarto: Rusiyadan Macarıstana neft tədarükü bərpa edilib
Siyarto: “Drujba” kəmərinin təmiri azı 5 gün çəkəcək
Siyarto: Rusiyadan Macarıstana neft tədarükü PUA hücumuna görə dayandırılıb
Siyarto: Macarıstan və Slovakiya Rusiyadan neft və qazdan imtina planına qarşı çıxacaq
Macarıstan və Slovakiya Avropa Komissiyasını Ukraynanı “Drujba” neft kəmərinə hücumlardan çəkindirməyə çağırıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər