Aİ "Drujba" neft kəmərinin bərpasına dəstək göstərəcək
sizinxeber.az xəbər saytı

Aİ "Drujba" neft kəmərinin bərpasına dəstək göstərəcək


Ukrayna yanvarın 27-də Rusiyanın hücumu nəticəsində zədələnmiş "Drujba" neft kəmərinin fəaliyyətinin bərpası üçün Avropa İttifaqının (Aİ) texniki və maliyyə yardımı təklifini qəbul edib.

"Sizinxeber.az"un Avropa bürosu xəbər verir ki, bu barədə Aİ Şurasının Prezidenti Antonio Koştanın və Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayenin birgə bəyanatında bildirilib.

Bəyanatda bildirilib ki, neft kəmərinin zədələnməsi Macarıstan və Slovakiyaya xam neft tədarükünün dayanmasına səbəb olub, bundan sonra Koşta və fon der Lyayen tədarükün bərpası məqsədilə üzv dövlətlər və Ukrayna ilə bütün səviyyələrdə intensiv danışıqlar aparıblar.

"Avropalı ekspertlər dərhal işə başlamağa hazırdırlar. Prioritet bütün Avropa vətəndaşları üçün enerji təhlükəsizliyinin təmin edilməsidir, buna görə də qeyri-Rusiya neftinin Mərkəzi və Şərqi Avropa ölkələrinə tranziti üçün alternativ marşrutların axtarışı istiqamətində maraqlı tərəflərlə iş davam etdiriləcək", - bəyanatda qeyd olunub.

Oxşar xəbərlər

Macarıstan və Slovakiya Avropa Komissiyasını Ukraynanı “Drujba” neft kəmərinə hücumlardan çəkindirməyə çağırıb
Slovakiyalı nazir AK-nın neft tranziti məsələsinin həllində fəaliyyətsizliyini qeyd edib
Siyarto: Avropa İttifaqının sanksiya siyasəti böyük uğursuzluqdur
Rusiyanın “Drujba” magistral neft kəmərinin işini təmin edən obyektə zərbə endirilib
Çexiya tam şəkildə Qərb neftinin tədarükünə keçəcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər