Azərbaycan və Gürcüstan BTQ üzrə birgə müəssisə yaradıb
“Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) və Gürcüstanın “Marabda-Kartsaxi Dəmir Yolu” operatorunun törəmə şirkətlərinin təsisçiliyə ilə “BTKI Railways” MMC adlı birgə müəssisə yaradılıb.
ADY-dan “APA-Economics”ə verilən məlumata görə, yeni müəssisə Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xəttinin Marabda-Kartsaxi hissəsinin infrastrukturunun istismarı və idarə edilməsini təmin etməklə yanaşı, BTQ ilə yükdaşımaların səmərəli təşkili və yeni yüklərin cəlbi istiqamətində fəaliyyət göstərəcək.
Azərbaycan və Gürcüstanın bu müəssisə vasitəsilə birgə səyləri həm də strateji regional nəqliyyat bağlantılarını, xüsusilə Orta Dəhlizin potensialını gücləndirməyə yönəldiləcək.
BTQ dəmir yolu bu ilin may ayında başa çatan modernləşdirmədən sonra 5 milyon ton yükaşırma gücü ilə yükdaşımaların daha səmərəli və sürətli icrasını təmin edir.
Oxşar xəbərlər
Azərbaycan və Gürcüstan birgə dəmir yolu müəssisəsi yaradıb
Çindən Orta Dəhlizlə bu ilin birinci yarısında 105 blok qatar yola salınıb
ADY-də fəaliyyət göstərən yanğından mühafizə qatarlarının sayı açıqlanıb - VİDEO
ADY dəmir yolu xətlərinə kənar əşyaların qoyulması ilə bağlı vətəndaşlara müraciət edib - VİDEO
Azərbaycanda dəmir yolu ilə sərnişin daşınmaları 20%-dən çox artıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













