“Ulduz”un sentyabr sayı Türkiyənin “Genç Yürekler” dərgisinə həsr olunub
“Ulduz” jurnalının sentyabr sayı işıq üzü görüb.
APA xəbər verir ki, dərginin bu nömrəsi Türkiyənin “Genç Yürekler” jurnalına həsr olunub.
“Ulduz”un və “Genç Yürekler”in birgə layihəsinə əsasən dərc olunan yeni sayda 51 türk müəllif yer alır.
“Genç Yürekler”in baş redaktoru Mühterem Şahin bildirib ki, tezliklə dərginin Azərbaycan ədiblərinin əsərlərindən ibarət xüsusi sayı çap olunacaq. Azərbaycan türkcəsində dərci nəzərdə tutulan “Genç Yürekler” “Ulduz” jurnalının göndərdiyi materiallar əsasında işıq üzü görəcək.
“İki millət, bir dövlət!” şüarını rəhbər tutan dərgilər Türkiyədə Azərbaycan müəlliflərini məhz Azərbaycan türkcəsində, Azərbaycanda isə Türkiyə müəlliflərini Türkiyə türkcəsində təqdim edəcəklər.
Hər iki nəşrin birgə təqdimatı nəzərdə tutulur.
Oxşar xəbərlər
“Ulduz” jurnalının iyul-avqust sayı işıq üzü görüb
Gəncə Filarmoniyasında Arif Məlikova həsr olunmuş konsert keçiriləcək
Bakıda 12-ci Beynəlxalq “Caspian Energy Forum”u keçirilir - FOTO
Zurabişvili hakim partiyanı “gürcü kabusu” adlandırıb
Bu gün Azərbaycanda ilk dərs günüdür
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













