Radomski: Mədəniyyət beynəlxalq münasibətlərdə mühüm rol oynayır
Polşanın Bakıdakı səfirliyi ölkənin 2025-ci ilin birinci yarısında Avropa İttifaqı Şurasına sədrliyinin başa çatması münasibətilə mədəni tədbir təşkil edib.
“Sizinxeber.az” xəbər verir ki, tədbirdə Polşanın Azərbaycandakı diplomatik nümayəndəliyinin rəhbəri Pavel Radomski açılış və salamlama nitqi söyləyib.
Diplomat öz çıxışında Polşanın Avropa İttifaqının əsas institutuna altı aylıq sədrliyinin yekunlarını vurub.
“Sədrlik müddətinin məhdud müddətli – 2025-ci il yanvarın 1-dən iyunun 30-dək olmasına baxmayaraq, Polşa Aİ-nin əsas prioritetlərini təşviq etmək üçün bütün imkanlardan istifadə etməyə çalışdı. Sədrliyin əsas vəzifəsi təhlükəsizlik idi. Biz ukraynalı qardaşlarımızı dəstəkləmək üçün hər şeyi etdik və missiyamız başa çatandan sonra da onlara hərtərəfli yardım göstərməyə davam edəcəyik”, - o deyib.
Diplomatın sözlərinə görə, mədəniyyət beynəlxalq münasibətlərdə mühüm rol oynayır və xalq diplomatiyasının effektiv aləti kimi çıxış edə bilər.
“Təsadüfi deyil ki, Bakıda sədrliyimizin başa çatmasını mədəni proqramla qeyd edirik. İncəsənət və musiqi sərhədləri və fərqlilikləri aşaraq insanları birləşdirə bilər”, - Radomski vurğulayıb.
Tədbir caz ifaçılarının həm yerli, həm də xarici bəstəkarların məşhur əsərlərini təqdim etdiyi konsert proqramı ilə davam edib.
Oxşar xəbərlər
Polşanın Aİ-yə sədrliyinin başa çatması münasibətilə konsert keçirilib - FOTO
Polşanın xarici işlər naziri: Ukraynanın Avropa İttifaqına daxil olması çətin olacaq
Radomski: Azərbaycan-Polşa tərəfdaşlığı iqtisadi komissiyalar vasitəsilə inkişaf edəcək
Polşa XİN Macarıstan səfirini Aİ-də sədrliyin başlamasına həsr olunan mərasimə dəvət etməyib
Polşa Azərbaycana yeni səfir təyin edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əli Kərimlinin həbsi: AXCP bağlana bilər? - Cəlaloğlu
-
"İstədiyini et – bütün qanun bundan ibarətdir..." - Dünyanın ən qalmaqallı okkultist yazıçısı
-
Əli Kərimli tibbi müayinədən keçirilib - Təkadamlıq kamerada saxlanılır
-
Prezident: Azərbaycan Laos ilə əməkdaşlığın yeni məzmunla zənginləşməsinə xüsusi önəm verir
-
Erkən pensiya hüququ və məbləğdə artım - Prosedur necədir?
-
"Avant Qrup" MTK-ya məxsus binada ev sahibi olan sakinlər 3 ildir ƏDV-lərini geri ala bilmirlər ŞİKAYƏT












