Polşanın Aİ-yə sədrliyinin başa çatması münasibətilə konsert keçirilib - FOTO
Polşanın Avropa İttifaqına 6 aylıq sədrliyinin başa çatması münasibətilə "Voicingers Renuion" adlı caz konserti keçirilib.
APA-nın məlumatına görə, konsert Polşanın Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə təşkil edilib.
Tədbiri giriş sözü ilə səfir Pavel Radomski açıb.
O iştirakçılara sədrlik dövründə görülən işlərdən bəhs edib:
"Sədrliyimiz dövründə ölkəmiz daim Avropa İttifaqının prioritetlərinə sadiqliyini nümayiş etdirib. Bu prioritetlərə həm də Avropa İttifaqının daxilində təhlükəsizliyinin təminatı kimi vacib məsələ də daxildir. Artıq sədrliyimizi təhvil verməmizə rəğmən biz ittifaq daxilindəki xalqları dəstəkləməyə davam etməyi düşünürük".
Səfir Avrozona ölkələrinin mədəni əlaqələrindən də söz açaraq, mədəni diplomatiyanın vacib rolunu qeyd edib:
"Bugünkü caz konsertin təşkil olunması heç də təsadüfi deyil. Biz sədrlik dövrümüzün başa çatmasını təntənə ilə qeyd edirik. Bu tədbirdə həm Azərbaycanın, həm də dünyanın tanınmış caz ustalarının möhtəşəm əsərləri səslənəcək. Əminəm ki, hər bir qonaq tədbirdən zövq alacaq".
Tədbir bədii hissə ilə davam edib.
Oxşar xəbərlər
"Xalqın Mədəni Sərvəti" layihəsində Bülbül vokal məktəbinin konserti baş tutub
Gəncədə "Zəfərin mübarək, Azərbaycan!" adlı konsert proqramı keçirilib - FOTO
Səfir Polşa ilə Azərbaycan arasında səmərəli əməkdaşlığa ümid edir
Avropa İttifaqı Nümayəndəliyi “Bizi birləşdirən su” adlı fotosərgi keçirir
Peter Mixalko: Azərbaycanın COP29 üçün göstərdiyi səyləri təqdir edirəm
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













