Polşanın xarici işlər naziri: Ukraynanın Avropa İttifaqına daxil olması çətin olacaq
sizinxeber.az xəbər saytı

Polşanın xarici işlər naziri: Ukraynanın Avropa İttifaqına daxil olması çətin olacaq


Ukraynanın Avropa İttifaqına daxil olması ilə bağlı danışıqlar kənd təsərrüfatı və nəqliyyat sənayesində rəqabət səbəbindən mövcud iqtisadi ziddiyyətlər səbəbindən çətin olacaq.

“Report” xəbər verir ki, bunu Polşanın xarici işlər naziri Radoslav Sikorski bəyan edib.

Onun sözlərinə görə, rəsmi Varşava bu danışıqlar zamanı Kiyevlə münasibətlərdə sırf ikitərəfli problemləri həll etmək fikrində deyil:

Nazir bildirib ki, Varşava danışıqlar prosesini mümkün qədər sürətləndirmək üçün 2025-ci ilin birinci yarısında Aİ Şurasında Polşa sədrliyindən qurumun metodologiyası imkan verdiyi qədər istifadə edəcək. Polşa 2025-ci il yanvarın 1-dən iyunun 30-dək Aİ Şurasına rəhbərlik edəcək.

Oxşar xəbərlər

Siyarto: Albaniyanın Aİ-yə üzvlüyü ilə bağlı danışıqların birinci mərhələsi başlayıb
Kiyev Polşanın Aİ-dəki bəzi ukraynalılar üçün müavinətləri dayandırmaq çağırışını dəstəkləyib
Polşa ABŞ-dən 850 milyon dollara raket alacaq
Duda: Ukraynanın 23 min hərbi qulluqçusu Polşada təlim keçib
Polşa ilə Almaniya arasında vəziyyət gərginləşib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle