Polşa Azərbaycana yeni səfir təyin edib
Pavel Radomski Polşanın Azərbaycandakı yeni səfiri təyin edilib.
Bu barədə “Report” Ukraynanın Bakıdakı səfiri Yuri Qusevin Qarabağ bölgəsinə səfərindən etdiyi paylaşıma istinadən xəbər verir.
"Ukraynaya dəstək verən dostlarla görüşmək həmişə xoşdur! Biz Litvanın Azərbaycandakı səfiri Kestutis Vaşkelyaviçyus, həmçinin Latviya səfiri Edqars Skuya ilə çox səmərəli müzakirələr apardıq. Həmkarlarımızla birlikdə Polşanın Azərbaycandakı diplomatik missiyasının yeni rəhbəri Pavel Radomskini səmimiyyətlə salamlayırıq", - Ukrayna səfiri yazıb.
Qeyd edək ki, Azərbaycanda akkreditə olunmuş xarici diplomatik korpusun nümayəndələri (səfirlər və müşavirlər) bu gün Qarabağ bölgəsində tikinti-bərpa işləri ilə tanış olmaq üçün Xankəndi və Şuşada olublar.
Oxşar xəbərlər
Litvanın yeni səfiri gələn həftə Azərbaycana gələcək
MDB ölkələrinin diplomatik missiyalarının rəhbərləri Bakıda görüşüb
Türkiyənin Azərbaycandakı yeni səfiri səlahiyyətlərinin icrasına başlayıb
Türkiyənin Azərbaycana təyin olunan yeni səfiri Birol Akgün Bakıya gəlib
Çinin Azərbaycana yeni təyin olunmuş səfiri Bakıya gəlib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













