Radomski: Azərbaycan-Polşa tərəfdaşlığı iqtisadi komissiyalar vasitəsilə inkişaf edəcək
Azərbaycan və Polşa arasında tərəfdaşlıq hökumətlərarası iqtisadi komissiyalar vasitəsilə inkişaf edəcək.
“Sizinxeber.az” xəbər verir ki, bu barədə Polşanın Azərbaycandakı missiyasının rəhbəri Pavel Radomski Polşa Konstitusiyasının qəbulunun növbəti ildönümünə həsr olunmuş tədbirdə bildirib.
“Azərbaycan bizim strateji tərəfdaşımızdır. Tərəfdaşlığımızı gücləndirmək üçün iqtisadi komissiyaların iclasları kimi mexanizmlərdən səmərəli istifadə olunur”, - diplomat qeyd edib.
“Çox ümid edirəm ki, yaxın gələcəkdə Bakı ilə Varşava arasında tərəfdaşlıq əlaqələri daha da möhkəmlənəcək”, - Radomski əlavə edib.
O, həmçinin Cənubi Qafqaz regionunda sülhün və sabitliyin qorunub saxlanacağına əminliyini ifadə edib.
Oxşar xəbərlər
Səfir Polşa ilə Azərbaycan arasında səmərəli əməkdaşlığa ümid edir
Polşa Azərbaycana yeni səfir təyin edib
Fariz Rzayev: Azərbaycan və Polşa bundan sonra da birgə səylərlə əlaqələri möhkəmləndirəcək və inkişaf etdirəcək
Polşa Aİ-yə sədrliyi dövründə ittifaqın Azərbaycanla münasibətlərinin gücləndirilməsini dəstəkləyəcək
Fariz Rzayev: Bakı və Aşqabad qarşılıqlı faydalı əməkdaşlıq qurur
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Rusiya ordusu Kiyevə ballistik raketlə hücum edib
-
Dünya Bankı Ukraynaya 3,4 milyard dollar ayıracaq
-
AŞPA siyasi sifarişlərin həyata keçirildiyi məkana çevrilib - RƏY
-
Şənbə günü leysan yağacaq, güclü külək əsəcək
-
Vinçentso Montella: "Bu qələbəni qazanmaq çox vacib idi"
-
DÇ-2026: Kurasao - Fildişi Sahili oyununda ilk qol vurulub - YENİLƏNİR
