Şuşada Birinci İslam Dünyası Mədəniyyət Forumu keçirilib - YENİLƏNİB
Şuşada keçirilən I İslam Dünyası Mədəniyyət Forumu başa çatıb.
“Sizinxeber.az”un Şuşaya ezam olunan əməkdaşı xəbər verir ki, “Münaqişədən sonrakı dövrdə mədəni irsin qorunması və canlandırılması” mövzusunda keçirilən forumda Azərbaycan Prezidentinin Ağdam, Füzuli və Xocavənd rayonlarında xüsusi nümayəndəsi Emin Hüseynov, Şuşa rayonundakı xüsusi nümayəndəsi Aydın Kərimov, mədəniyyət nazirinin müavinləri Fərid Cəfərov, Səadət Yusifova və digər rəsmilər, media mənsubları iştirak ediblər.
Tədbir çərçivəsində “Beynəlxalq mühafizə mexanizmləri təcrübədə: İslam dünyasında postmünaqişə irsinin öyrənilməsi" və “Mədəni irsin dirçəldilməsi: mədəni irsin qorunmasında texnoloji innovasiyalar və rəqəmsallaşma" mövzusunda panel sessiyalar keçirilib.
Sessiyalarda çıxışçılar mədəni irsin qorunması, bərpası və digər lazımi proseslər barədə ətraflı fikir mübadiləsi aparıblar.
Azərbaycanın işğaldan azad olunmuş ərazilərdə həyata keçirdiyi bərpa-yenidənqurma prosesi barədə geniş söz açılaraq bunun nümunəsində mədəni irsə qayğı və diqqətin artırılmasına diqqət çəkilib.
Qeyd edək ki, forum Mədəniyyət Nazirliyinin təşkilatçılığı, ICESCO və Azərbaycan Prezidentinin Şuşa Rayonunda Xüsusi Nümayəndəliyinin tərəfdaşlığı ilə baş tutub.
Şuşada “Postmünaqişə dövründə mədəni irsin qorunması və dirçəldilməsi” mövzusunda I İslam Dünyası Mədəniyyət Forumu keçirilir.
“Sizinxeber.az”un Şuşaya ezam olunan əməkdaşı xəbər verir ki, tədbirdə Azərbaycan Prezidentinin Ağdam, Füzuli və Xocavənd rayonlarında xüsusi nümayəndəsi Emin Hüseynov, Şuşa rayonundakı xüsusi nümayəndəsi Aydın Kərimov, mədəniyyət nazirinin müavinləri Fərid Cəfərov, Səadət Yusifova və digər rəsmilər, media mənsubları iştirak edir.
Forumda postmünaqişə dövründə mədəni irsin qorunması və bərpası istiqamətində panel müzakirələr keçiriləcək.
Oxşar xəbərlər
Şuşada I İslam Dünyası Mədəni Forumu keçirilir
Səadət Yusifova: Mədəni irsin qorunmasına islami yanaşmanın inkişaf etdirilməsi vacibdir
Nazir müavini: Azərbaycan silahlı münaqişənin mədəni irsə vurduğu dağıdıcı təsiri birbaşa yaşamış ölkədir
Emin Hüseynov: Ağdam, Füzuli və Xocavənddə minalardan təmizlənmiş sahə orta hesabla 40% təşkil edir
Şuşa və Ağdam abidələri ICESCO-nun İslam Dünyası İrsinin İlkin Siyahısına daxil edilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda hərbi xidmətə çağırışla bağlı YENİLİK
-
Novruz, Ramazan və Qurban bayramları günləri müəyyən edildi
-
Borcu olan şirkət nizamnamə kapitalını azaltdı
-
Bakı Metropolitenində işçilərin ixtisarına başlanılıb?
-
Maliyyə naziri: “Gələn il qeyri-neft-qaz sektorunda ciddi vergi artımı yoxdur”
-
Bu ölkənin viza qiyməti artdı












