Nazir müavini: Azərbaycan silahlı münaqişənin mədəni irsə vurduğu dağıdıcı təsiri birbaşa yaşamış ölkədir
Azərbaycan silahlı münaqişənin mədəni irsə vurduğu dağıdıcı təsiri birbaşa yaşamış ölkədir.
“Report” xəbər verir ki, bunu mədəniyyət nazirinin müavini Səadət Yusifova aprelin 17-də Şuşada keçirilən “Postmünaqişə dövründə mədəni irsin qorunması və dirçəldilməsi” mövzusunda I İslam Dünyası Mədəni Forumunda deyib.
Onun sözlərinə görə, bu mənada, bugünkü forum həm də bir çağırışdır:
“Forum münaqişə zonalarında təhlükə altına düşmüş zəngin və çoxşaxəli mədəni irsin qorunması istiqamətində praktiki strategiyalara, birgə əməkdaşlığa və İslam dünyasında əməkdaşlığın roluna diqqət yetirəcək”.
S.Yusifova bildirib ki, tədbirdə İslam dünyası bir araya gələrək münaqişə dövrlərində mədəni irsə dəyən zərərin miqyasını qiymətləndirmək, münaqişədən zərər görmüş mədəni obyektlərin qorunması üçün tədbirləri gücləndirmək, tarixin, incəsənətin və kimliyin gələcək nəsillər üçün yaşamasını təmin etmək imkanı əldə edəcəklər:
“Forumda həmçinin mədəni irsin qorunması, bərpası və yenidən canlandırılması sahəsində ən yaxşı təcrübələrin paylaşılması, münaqişə vəziyyətlərində mədəni irsin qorunması üçün daha güclü hüquqi çərçivələrin təbliği və gələcək nəsillər üçün davamlı strategiyaların hazırlanması məsələləri də müzakirə ediləcək”.
Oxşar xəbərlər
Şuşada I İslam Dünyası Mədəni Forumu keçirilir
ISESCO Şuşa irsinin qiymətləndirilməsi işlərinə başlayıb
ISESCO Şuşa irsinin qiymətləndirməsi işlərinə başlayıb
Azərbaycanın bir sıra qeyri-maddi mədəni irs nümunələri İslam Dünyası İrs Siyahısına daxil edilib
Şuşa və Ağdam abidələri ICESCO-nun İslam Dünyası İrsinin İlkin Siyahısına daxil edilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda hərbi xidmətə çağırışla bağlı YENİLİK
-
Novruz, Ramazan və Qurban bayramları günləri müəyyən edildi
-
Borcu olan şirkət nizamnamə kapitalını azaltdı
-
Bakı Metropolitenində işçilərin ixtisarına başlanılıb?
-
Maliyyə naziri: “Gələn il qeyri-neft-qaz sektorunda ciddi vergi artımı yoxdur”
-
Bu ölkənin viza qiyməti artdı












