Şuşada "SİNA - İslam ölkələrinin gənc alimlərinin forumu” keçirilib
“Gənc alimlər islam dünyasında elmi yüksək səviyyədə təmsil etməlidirlər”.
Sizinxeber.az xəbər verir ki, bunu "SİNA - İslam ölkələrinin gənc alimlərinin forumu”nda açılış nitqi ilə çıxış edən AMEA-nın vitse-prezidenti Dilqəm Tağıyev deyib:
"Ölkəmizdə hazırda 51 universitetdə 320 mindən artıq ali təhsil alan insan var. Onların 96 faizi gənclərdir. Azərbaycanda 134 elmi müəssisə var və bu müəssisələrdə 14 min tədqiqatçı fəaliyyət göstərir. Onların da əksər hissəsini gənclər təşkil edir”.
"Azərbaycanın mirvarisi, mədəniyyət paytaxtı Şuşada belə bir tədbirin keçirilməsi təqdirəlayiq addımdır və bu tədbirlər gələcəkdə gənclər arasında əməkdaşlığın güclənməsində mühüm rol oynayacaq", - deyə o bildirib.
O həmçinin, qeyd edib ki, "Gənclər paytaxtı" tədbirlərində 29 ölkədən 200-dən çox əcnəbi gənc iştirak edir.
Gənclər və İdman Nazirliyi, İslam Əməkdaşlıq Təşkilatının Gənclər Forumu və Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən forumda çıxış edən Gənclər və İdman Nazirliyi Gənclərlə İş şöbəsinin müdiri Ramil Cabbarov qeyd edib ki, innovasiyalar, yenilikləri və gənc alimləri bir araya gətirən bu forum qaynar müzakirələr nöqtəsi olacaq, gələcək əməkdaşlıqlara təkan verəcək.
Qeyd edək ki, bağlanış tədbirləri dekabrın 4-də yekunlaşacaq.
Oxşar xəbərlər
Şuşada İslam dünyasının "Gənclər Paytaxtı"nın bağlanış mərasimi keçirilir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Şuşada İslam dünyasının "Gənclər Paytaxtı"nın bağlanış mərasimi keçirilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
COP-la bağlı müxtəlif ölkələrdən 400-dən çox gənc Azərbaycanda toplaşacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
“Gənc müəllimlər və Yaşıl düşüncə” mövzusunda forum keçirilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
“Elmi nəşrlərlə bağlı beynəlxalq reytinq göstəricilərinin yaxşılaşdırılması” üzrə alt-qrupunun növbəti iclası keçirilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












