

“Elmi nəşrlərlə bağlı beynəlxalq reytinq göstəricilərinin yaxşılaşdırılması” üzrə alt-qrupunun növbəti iclası keçirilib
Sentyabrın 30-da Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın Elm və Təhsil Nazirliyinin rəhbərlik etdiyi "İnsan kapitalı" işçi qrupunun “Elmi nəşrlərlə bağlı beynəlxalq reytinq göstəricilərinin (H-indeksi) yaxşılaşdırılması” üzrə alt-qrupunun nazirlikdə növbəti iclası keçirilib.
Bu barədə Sizinxeber.az-ya Elm və Təhsil Nazirliyindən məlumat verilib.
Bildirilib ki, işçi qrupun rəhbəri, elm və təhsil nazirinin müavini İdris İsayev və Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının sektor müdiri, Komissiyanın Katibliyinin rəhbəri Vüsal Şıxəliyev açılış nitqi ilə çıxış edərək işçi qrupunun ötən dövr üzrə olan ümumi fəaliyyəti, əldə edilmiş uğur və gələcək gözləntilər barədə danışıblar.
Daha sonra Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttərova “Qlobal İnnovasiya İndeksi 2024” nəticələrinin müqayisəsi və qarşıda duran vəzifələr, 2025-ci il üzrə yeni Fəaliyyət Planının hazırlanması ilə bağlı prioritetlər barədə təqdimat edib.
İclas Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Nicat Əsədli və Azərbaycan Dövlət İqtisad Universitetinin Əlavə təhsil şöbəsinin müdiri Emin Qəriblinin təqdimatları ilə davam edib.
İclasda elmmetrik bazalarda nəşr olunan elmi məqalələrin sayı və dinamikası, elmi nəşrlərin kvartillər üzrə paylanması, ali təhsil müəssisələrinin bu sahədə fəaliyyət planları, ali təhsil müəssisələrinin elmi müəssisələrlə birgə əməkdaşlığı, tədqiqatçıların fəaliyyətinin maliyyələşdirilməsi və stimullaşdırma tədbirlərinin həyata keçirilməsi barədə müzakirələr aparılıb. Həmçinin tədqiqat laboratoriyalarının fəaliyyətinin qiymətləndirilməsi və onların maddi-texniki bazalarının yenilənməsi zərurəti, laboratoriyalardan birgə istifadə imkanları, "Scopus" və "Web of Science" elmmetrik bazaları üzrə “Clarivate” və “Elvesier” şirkətləri ilə əməkdaşlıq imkanlarının genişləndirilməsi, “QS” və “Times Higer Education” Beynəlxalq Reytinq Agentlikləri ilə əməkdaşlıq, ali təhsil müəssisələrinin beynəlxalq reytinqlərdə yeri və bu sahədə görülən işlər ətrafında fikir mübadiləsi aparılıb.
Yekunda işçi qrupun fəaliyyəti ilə bağlı müvafiq qərarlar qəbul edilib.
Qeyd edək ki, Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın "İnsan kapitalı" işçi qrupunun “Elmi nəşrlərlə bağlı beynəlxalq reytinq göstəricilərinin (H-indeksi) yaxşılaşdırılması” üzrə alt-qrupuna rəhbərliyi Elm və Təhsil Nazirliyi həyata keçirir.
Oxşar xəbərlər
"Mübahisələrin həlli, məhkəmə sistemi və hüququn aliliyi" işçi qrupunun növbəti iclası keçirilib
"ESG üzrə vahid rəqəmsal platforma” konsepsiyasının təqdimatı keçirilib
“İnternetə qoşulma və internet infrastrukturu” işçi qrupunun iclası keçirilib
Moskvada Rusiya-Azərbaycan Elm və Təhsil Forumu keçirilir
Avtomobil icarəsi şirkətlərinin fəaliyyəti tənzimlənəcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Belçika və Aİ-dəki səfir: Azərbaycan beynəlxalq siyasətin məsuliyyətli iştirakçısı və regional liderdir
-
Azərbaycan Muay Tay Federasiyasının prezidenti Antalyada bıçaqlanıb - VİDEO - YENİLƏNİB
-
Abşeron kanalında lildən təmizləmə və su infrastrukturunun yenilənməsi işləri açıqlanıb
-
Maldiv Prezidenti Azərbaycan liderini təbrik edib
-
"Latsio" klubu Mauritsio Sarriyə 2027-ci ilə qədər müqavilə təklif edib
-
MN: Azərbaycan Ordusu Xəznəvar yaşayış məntəqəsi istiqamətində atəş açmayıb
