Xalq artisti Şahlar Quliyev "Qurd qapısı" qəbiristanlığında dəfn olunacaq - YENİLƏNİB
Bu gün səhər saatlarında dünyasını dəyişən Xalq artisti Şahlar Quliyev "Qurd qapısı" qəbiristanlığında dəfn olunacaq.
Bu barədə “Sizinxeber.az”a mərhumun ailə üzvləri məlumat verib.
Qeyd olunub ki, Şahlar Quliyevlə vida mərasimi saat 14.00-da Təzə Pir məscidində keçiriləcək. Vida mərasimindən sonra cənazə dəfn olunması üçün "Qurd qapısı" qəbiristanlığına aparılacaq.
Azərbaycanın xalq artisti Şahlar Quliyev vəfat edib.
Bu barədə "Sizinxeber.az"a onun yaxınları məlumat verib.
O, uzun sürən xəstəlikdən sonra 78 yaşında dünyasını dəyişib.
Qeyd edək ki, Ş.Quliyev 25 sentyabr 1946-cı ildə Cəlilabad rayonunda anadan olub. İlk təhsilini elə orada alıb. 1964-1969-cu illərdə indiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində musiqili komediya aktyorluğu fakültəsində oxuyub. Daha sonra Şahlar Quliyev indiki Bakı Musiqi Akademiyasına daxil olub. 1973-cü ildə həmin təhsil müəssisəsini bitirdikdən sonra o, burada 2 il Şövkət Məmmədova adına Opera studiyasında, 1975-ci ildən başlayaraq isə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında solist kimi çalışıb.
O, “Leyli və Məcnun”da Nofəl, “Şah İsmayıl”da Aslan şah, “Aşıq Qərib”də Şahvələd, “Sevil”də Atakişi, “Arşın mal alan”da Süleyman, “Koroğlu”da Həsən xan, “Aida”da Amonasro, “Karmen”də Eskamilio, “Payatsı”da Tonio, “Bohema”da Şonar rollarını canlandırıb. Bundan əlavə, o, 2000-ci ildə çəkilən “Qız qalası” və 2007-ci ildə lentə alınan “Bəylik dərsi” filmlərində rol alıb. 1991-ci ildə Əməkdar artist, 2005-ci ildə isə Xalq artisti fəxri adlarına layiq görülüb.
Oxşar xəbərlər
Azərbaycanın xalq artisti Şahlar Quliyev vəfat edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Xalq artisti Ramiz Məlikin dəfn olunacağı yer açıqlandı [xfgiven_updateblue][/xfgiven_updateblue]
Xalq artisti Ramiz Məlik II Fəxri xiyabanda dəfn olunacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Sabiq deputat Hadı Rəcəblinin harada dəfn olunacağı BİLİNDİ [xfgiven_updateblue][/xfgiven_updateblue]
Laçında Birinci Qarabağ müharibəsinin şəhidi Camal Quliyevlə vida mərasimi keçirilir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












