Sizinxeber.az » Mədəniyyət » Mədəniyyət siyasəti » Bakıda Mannerheymin İpək Yolu ilə səyahətlərinə həsr olunmuş fotosərgi açılıb

Bakıda Mannerheymin İpək Yolu ilə səyahətlərinə həsr olunmuş fotosərgi açılıb

Bakıda Finlandiyanın məşhur dövlət və siyasi xadimi Karl Qustav Emil Mannerheymin (1867–1951) Böyük İpək Yolu ilə Bakıdan Çinə səyahətinə həsr olunmuş fotosərgi açılıb.

“Sizinxeber.az” xəbər verir ki, tədbir Finlandiyanın Azərbaycandakı səfirliyinin dəstəyi ilə təşkil olunub.

Açılış mərasimində Finlandiyanın Azərbaycandakı və Cənubi Qafqazın digər ölkələrindəki səfiri Kirsti Narinen çıxış edərək qısaca Mannerheymin həyatından danışıb.

Diplomat vurğulayıb ki, Mannerheym Finlandiyanın müstəqillik əldə etməsində və 20-ci əsrin birinci yarısında ölkənin tarixində, o cümlədən 1918-ci il vətəndaş müharibəsində, 1939-1940-cı illərin Qış müharibəsi və 1941-1944-cü illərin Davam müharibəsində mühüm rol oynayıb.

Onun sözlərinə görə, Mannerheymin səyahətində Bakı Finlandiya ilə Mərkəzi Asiya arasında duruş nöqtəsi olub.

“Tariximiz üçün belə mühüm şəxsiyyətə həsr olunmuş tədbirin burada keçirilməsi bizim üçün çox xoşdur. Şadıq ki, onun əsərlərini sizin üçün buraya gətirə və sizi onunla daha yaxından tanış edə bildik”, - səfir söyləyib.

FOTO: Ehtiram Cəbi

DİGƏR XƏBƏRLƏR

Комментарии

ƏN ÇOX OXUNAN / ŞƏRH EDİLDİ
  1. ABŞ əsas danışıqlardan əvvəl İrana hərbi təzyiqi artırır
  2. Daha ucuz, daha sürətli, daha güclü: Süni intellekt yarışına yenisi qoşuldu
  3. "TikTok"da vətəndaşlara tələ qurulub: Yeni dələduzluq sxemi ifşa olundu - VİDEO
  4. Belqradda Prezident İlham Əliyevin Serbiya Prezidenti Aleksandar Vuçiçlə təkbətək görüşü keçirilib
  5. Belqradda Azərbaycan və Serbiya arasında Strateji Tərəfdaşlıq Şurasının 1-ci iclası keçirilir
  6. İlham Əliyev Münhen konfransı çərçivəsində panel iclasda iştirak edir - CANLI YAYIM
  7. Prezident: Azərbaycan birtərəfli qaydada Ermənistana malların tranziti üzərindəki məhdudiyyətləri aradan qaldırıb
  8. İlham Əliyev: ABŞ-nin Vitse-prezidentinin səfəri çox mühüm idi
  9. İlham Əliyev: "Biz daimi olacağına ümid etdiyimiz sülh dövrünə qədəm qoymuşuq"
  10. Prezident İlham Əliyev Münhendə "France 24" telekanalına müsahibə verib
sss
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
SÖZÜM VAR !