ABŞ və Finlandiya müdafiə sahəsində əməkdaşlıq sazişi imzalayıblar
sizinxeber.az xəbər saytı

ABŞ və Finlandiya müdafiə sahəsində əməkdaşlıq sazişi imzalayıblar


Finlandiyanın xarici işlər naziri Elina Valtonen, müdafiə naziri Antti Hakkanen və ABŞ dövlət katibi Antoni Blinken Birləşmiş Ştatlar hərbçilərinə öz bazalarını, anbarlarını, silahlarını və kontingentini Finlandiyanın 15 hərbi bölgəsində yerləşdirməyə imkan verəcək “Defence Cooperation Agreement” çərçivə sazişini imzalamaq üçün Vaşinqtonda görüşüblər.

"Report"un məlumatına görə, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidməti məlumat yayıb.

Saziş imzalanandan sonra Finlandiya parlamenti tərəfindən nəzərdən keçirilməlidir.

Sazişin 2024-cü ilin yazında qüvvəyə minməsi gözlənilir. Sənəd barədə konkret məlumat vermir və yekun deyil. Ətraflı müddəalar və şərtlər yekun müqavilədə öz əksini tapacaq.

Finlandiyanın müdafiə naziri Antti Hakkanenin sözlərinə görə, Şərqi Finlandiyada - Rusiya ilə sərhəddə Amerika bazalarının və hərbi kontingentinin yerləşdirilməsi gözlənilmir.

Oxşar xəbərlər

ABŞ Danimarka ərazisində qoşun yerləşdirəcək
ABŞ Danimarka ilə öz ərazisində qoşun yerləşdirməklə bağlı razılığa gəlib
ABŞ və Danimarka müdafiə sahəsində əməkdaşlıq sazişi imzalayacaq
Finlandiya Rusiya ilə sərhəddə üç keçid məntəqəsini açmağa hazırlaşır
Ermənistan və Yunanıstan arasında hərbi əməkdaşlıq haqqında saziş imzalanıb - FOTO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər