Nyu-Yorkun “Bakı” restoranının sahibi: Azərbaycan təamlarını Hilları Klinton da dadıb
- 16-09-2024, 09:00
- Mədəniyyət / Mədəniyyət siyasəti
- 0
- 962
Uzun illərdir ABŞ-nin Nyu-York şəhərinin Bruklin əyalətində fəaliyyət göstərən “Baku Palace” (Bakı Sarayı-red) restoranı sadəcə həmyerlilərimizin deyil, amerikalıların da tez-tez ziyarət etdiyi məkanlardandır. İyirmi üç il öncə qapılarını açan və ABŞ-də yerli sakinlərə, Nyu-Yorkda yaşayan müxtəlif xalqların nümayəndələrinə Azərbaycan mətbəxinin ləziz təamlarını təqdim edən restoran bu gün də populyarlığını qoruyub saxlayır. Xoş abu-havası və təmtəraqlı görünüşlü restoran Nyu-Yorkda fəaliyyət göstərən bir çox ictimai-iaşə obyektlərindən fərqlənir. Restoranın içi Azərbaycandan gətirilmiş atributlar və digər əşyalarla bəzədilib. Buranın sahibi Eldar Sultanov bir vaxtlar Bakının tanınmış cərrahlarından olub. Onunla elə “Baku Palace” restoranında həmsöhbət olduq:
- Necə oldu ki, Amerikaya köçməyə qərar verdiniz?
- Uzun illər Bakıda, 5 saylı Şəhər Klinik Xəstəxanasında cərrah işləmişəm. Bir xəstəmin müalicəsi ilə məşğul idim. Artıq vəziyyət elə həddə çatmışdı ki, ona Azərbaycanda tam sağalması üçün zəruri tibbi yardım edə bilmədik. Pasiyenti əvvəlcə İstanbuldakı Amerika xəstəxanasına, ordan isə ABŞ-yə, Nyu-Yorka apardım. İki ay Nyu-Yorkda qaldıqdan sonra Bakıya qayıtdım. Altı ay sonra yenidən Nyu-Yorka qayıtmağı və özümü burada sınamağa qərar verdim. Bu, 1997-ci ilə təsadüf edir.
ABŞ-yə gəldiyim ilk gündən elə Nyu-Yorkda fəaliyyət göstərən “Baku Palace” restoranında çalışmağa başladım. Ötən 27 ildə ancaq bir ictimai iaşə obyektində çalışdım, o da “Baku Palace” restoranı oldu. Həmin vaxtlar övladlarımdan birinin 9, digərinin 12 yaşı var idi. İki il sonra ailəmi bura gətirə bildim. Ailəmi dolandırmaq, övladlarımı oxutmaq üçün peşəmin, sevə-sevə çalışdığım və böyük əmək sərf etdiyim həkimliyin dalınca gedə bilmədim. Çünki Amerikada həkim olmaq üçün mütləq təhsilimi davam etdirməli idim, bunun üçünsə illər lazım idi. Düşündüm ki, Allah mənə yeni başlanğıc veribsə, bunu ailəm üçün istifadə etməliyəm.
“Baku Palace” indi Bruklində digər xalqların nümayəndələrinin inşa etdiyi restoranlardan ən böyüyüdür. Restoranda eyni anda 500-dən çox qonaq qəbul etmək olur.
- “Baku Palace” restoranının yaranma tarixi necə olub?
- Restoranın qurucularından biri Ukrayna yəhudisi, digəri isə Azərbaycan yəhudisi Mikayıl Davudov olub. Restoran açılışının qarşısının alınmasına çox cəhdlər edilib. Xatırlayıram, 2002-2003-cü illərdə senator səviyyəsində xəbərdarlıq gəldi ki, nə qədər, buradayıq, restoran açılmayacaq. Onların kim olduğunu və bizi niyə maneələrlə üz-üzə qoymalarının səbəbi indi də qaranlıqdır. Ancaq onu deyə bilərəm ki, böyük təzyiqlərlə və əziyyətlərlə üzləşdik.
- Mətbəxinizdə Azərbaycanın hansı yeməkləri var və daha çox tələbat hansı təamlaradır?
- Ən çox bəyənilən yeməklərimiz kabab, qutab və dolmadır. Mətbəximizdə daha çox Azərbaycanın zəngin və ləziz yeməklərinə yer verilir. Ancaq bundan başqa qonaqlarımıza bir çox xalqların və ölkələrin mətbəxindən də ləziz yeməklər təqdim edirik. Bəzi ərzaqlarımızı, mürəbbələri, kompotları və çayları Bakıdan gətiririk. Ət və balığı isə buradan alırıq.
Qonaqlarımız daha çok rusdilli yəhudilərdir. Son vaxtlar Nyu-Yorka köçən özbəklər, taciklər, türkmənlər, gürcülər toylarını və digər mərasimlərini “Baku Palace” restoranında edirlər. Onlarla yanaşı amerikalı qonaqlarımız da az deyil. Onlar da toylarını, mərasimlərini burada edirlər.
- “Baku Palace” restoranının qonaqları arasında hansı məşhurlar olub?
- Ötən illər ərzində “Baku Palace” restoranına onlarla məşhur insanı qonaq etmişik. Təkcə Nyu-Yorkdan deyil, ABŞ-nin müxtəlif şəhər və ştatlarında yaşayan və bura sadəcə Azərbaycan mətbəxini dadmaq üçün gələn xeyli sayda amerikalı var. Hətta keçmiş dövlət katibi Hilları Klinton da qonağımız olub. İyirmi üç ildə o qədər maraqlı hadisələrlə qarşılaşmışam ki, bilmirəm hansını danışım.
- Həmyerlilərimiz necə, “Baku Palace” restoranını tez-tez ziyarət edirlərmi?
- Əlbəttə, Azərbaycan yeməkləri üçün darıxan hər kəs özünü “Baku Palace” restoranında tapır. Ancaq onu da deyim ki, restoranın qiymətləri Bakıdan ABŞ-yə yeni koç edənlərin büdcələrinə uyğun olmaya bilər.
- “Baku Palace”i Nyu-Yorkdakı digər restoranlardan fərqləndirən nədir?
- Restoranımızda digər heç bir ictimai iaşə obyektində olmayan özəl üsuldan istifadə edilir. Belə ki, mətbəximizdə kömürdən istifadə edə bilirik. Kömür ətlərə və yeməklərə xüsusi dad verir. Kömürdə bişən yeməklərin dadı digərlərindən çox fərqlidir. Kömürdən istifadə üçün icazə almaq üçün üç il mübarizə apardıq, ancaq əziyyətimiz müsbət nəticə verdi. Bunun üçün xeyli vəsait də xərclədik.
- “Baku Palace” restoranı sizin üçün nə ifadə edir?
- Bakı mənim keçmişim, cavanlığım, tələbəlik illərimdir. Bakının abu-havası başqadır. İnanmıram ki, xaricdə yaşayan azərbaycanlılardan kimsə Bakı üçün darıxmasın. Məqsədim burada Bakını yaşatmaq, onun ruhunu Nyu-Yorkda qorumaqdır.
- Gələcək planlarınız?
- İstəyirik əvvəlcə restoranı genişləndirək. Ən böyük arzularımdan biri də odur ki, Azərbaycandan peşəkar aşpazları tapıb gətirək. Bunun üçün əvvəllər çox cəhd etdik, ancaq alınmadı. Çox vaxt viza problemləri ilə qarşılaşdıq, digət tərəfdən gətirdiyimiz bəzi aşpazlar burda özlərini tapa bilmədilər. Aşpaz məsələsində çox çətinlik çəkirik. Əlbəttə, peşəkar aşpazlarla Azərbaycan mətbəxini daha yaxşı təqdim edə bilərik.




width="220" alt="Nyu-Yorkda səyyar konsulluq xidməti təşkil olunacaq" />
width="220" alt="ABŞ Zeynalova ilə bağlı qərar verdi" />
alt="ABŞ əsas danışıqlardan əvvəl İrana hərbi təzyiqi artırır" />
alt="Daha ucuz, daha sürətli, daha güclü: Süni intellekt yarışına yenisi qoşuldu" />
alt="Tramp Netanyahu ilə görüşdən sonra İran üzrə razılıq əldə olunmadığını bildirib" />
alt="Heqset: ABŞ uzun müddət digər ölkələri qoruyaraq, öz təhlükəsizliyini arxa plana atıb" />
alt="Heç kimin düşünmədiyi risk: SSD-lər nə qədər təhlükəsizdir?">
alt="“Google Gemini” artıq Azərbaycan dilində istifadəçilər üçün əlçatandır">
alt=""YouTube"da 1 milyon izlənmə 5 500 dollar qazandırır - YouTuber açıqladı">
alt="“Wi-Fi 8” prototipi rekord məlumatötürmə sürəti nümayiş etdirib">
width="290" alt="Kredit kartı: problem kartdadır, yoxsa istifadəçidə?" />
width="290" alt="Elit məktəb, girişdə silah sərbəstdir" />
width="290" alt="QANLA YAZILAN GECƏ" />
width="290" alt="Rafael Ağayev qala-qala, tədbirə bloqeri dəvət etdilər" />
width="290" alt="Sözüm var: Mədəniyyət Nazirliyinə" />
width="290" alt="Gediş haqqı – zəhmətkeşin cibindən çıxan son qəpik" />
width="290" alt="Cabir İmanovun əziz xatirəsinə…" />
width="290" alt="Nilay və Ali Baş Komandan" />
width="290" alt="Dolmuş avtobusa 1 AZN?" />
width="290" alt=""ChatGPT", yoxsa həkimlər? - Həyatınızı kimə etibar edirsiniz?" />