Nyu-Yorkda səyyar konsulluq xidməti təşkil olunacaq
ABŞ-nin Nyu-York şəhərində növbəti dəfə səyyar konsulluq xidməti təşkil olunacaq.
"Sizinxeber.az"un ABŞ bürosu xəbər verir ki, Azərbaycanın Vaşinqtondakı səfirliyi tərəfindən təşkil olunan səyyar konsulluq xidməti 18 yanvar tarixdə baş tutacaq.
Nyu-York və ətraf ərazilərdə yaşayan həmvətənlərimizə qəbul çərçivəsində pasportların rəsmiləşdirilməsi, notariat əməliyyatlarla bağlı xidmətlərin göstərilməsi nəzərdə tutulub.
Səfirlik "X" sosial platforması üzərindən ABŞ-də yaşayan azərbaycanlılara müraciət edib, onlara tələbləri ilə bağlı səfirliklə əlaqə saxlayaraq görüş vaxtının təyin olunmasını xahiş edib.
Qeyd edək ki, ABŞ-də səyyar konsulluq xidməti Azərbaycanın ABŞ-dəki fövqəladə və səlahiyyətli səfiri Xəzər İbrahimin səyləri nəticəsində 2021-ci ildən etibarən mütəmadi olaraq keçirilir. Səfir "Sizinxeber.az"a açıqlamasında səyyar konsulluq xidməti vasitəsi ilə qısa zamanda səfirliyin aktiv fəaliyyəti nəticəsində ABŞ-də yaşayan Azərbaycan icmasının üzvləri ilə sıx əlaqələr qurulduğunu və onları narahat edən problemlərə aydınlıq gətirildiyini bildirib: "ABŞ-nin onlarla qərb, cənub şəhər və ştatlarında, Çikaqoda,Texsasda, Bostonda, Nyu-Yorkda artıq səyyar konsulluq xidmətləri həyata keçirmişik və bu fəaliyyətimizin əhatə dairəsini genişləndirəcəyik".
Oxşar xəbərlər
Fransa Zəngəzurda konsulluq açacaq
Səfirlik Fransada yaşayan Azərbaycan vətəndaşlarına çağırış edib
Azərbaycanlılar dostlarımızdır, tapşırmışam ki... - Səfir
“Azəriqaz”ın sahibkarlarla növbəti görüşü Beyləqanda keçiriləcək
Qarabağda yaşayan ermənilərin qeydiyyatı başladı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













