Bill və Hillari Klinton Harrisi prezidentliyə namizəd kimi dəstəkləyiblər
sizinxeber.az xəbər saytı

Bill və Hillari Klinton Harrisi prezidentliyə namizəd kimi dəstəkləyiblər


ABŞ-ın keçmiş prezidenti Bill Klinton və onun həyat yoldaşı, keçmiş dövlət katibi Hillari Klinton vitse-prezident Kamala Harrisi Demokratlar Partiyasından prezidentliyə namizəd kimi dəstəkləyiblər.

"Sizinxeber.az" xəbər verir ki, bu barədə Bill Klinton "X" səhifəsində bildirib.

"Biz Baydenə qoşularaq ABŞ-nin vitse-prezidenti Kamala Harrisi dəstəkləyirik", - paylaşımda deyilir.

Qeyd edək ki, seçki yarışından geri çəkilən ABŞ Prezidenti Cozef Bayden prezident seçkilərində Demokratlar Partiyasının namizədi olaraq vitse-prezident Kamala Harrisi dəstəklədiyini açıqlayıb.

Oxşar xəbərlər

Bayden prezident seçkilərində Kamala Harrisin namizədliyini dəstəkləyib
Tramp: Kamala Harrisi məğlub etmək Baydendən daha asan olacaq
Bayden seçkilərdə ABŞ-ın vitse-prezidenti Kamala Harrisin namizədliyini dəstəkləyib
ABŞ Nümayəndələr Palatasının spikeri Baydeni istefaya çağırıb
NYT: Trampın komandası Harrisə qarşı kampaniya hazırlayır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər