Bakıda tarixi abidələrə müdaxilə faktları aşkar olunub
- 25-12-2023, 18:21
- Mədəniyyət / Mədəniyyət siyasəti
- 0
- 1 094
Bakı şəhəri, Səbail rayonu, Bülbül prospekti 63 ünvanında yerləşən 2993 inventar nömrəli yerli əhəmiyyətli memarlıq abidəsinin fasad hissəsinə müdaxilə olunduğu aşkar olunub.
Bu barədə "Report"a Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən məlumat verilib.
Dövlət Xidmətinin Bakı Regional İdarəsinin əməkdaşları tərəfindən abidəyə baxış keçirilən zaman tarixi tikilinin birinci mərtəbəsində fəaliyyət göstərən obyektin sahibi tərəfindən fasad hissəsində rənglənmə işlərinin aparıldığı müəyyən edilib:
"Abidənin fasadına vurulan rəngin təmizlənərək, tarixi tikilinin ilkin görkəminə qaytarılması istiqamətində tədbirlər görülür".
Məlumata görə, həmçinin Nəsimi rayonu Süleyman Ələsgərov 2A və 28 may küçələrinin kəsişməsində yerləşən 2889 inventar nömrəli yerli əhəmiyyətli memarlıq abidəsində qanunsuz təmir işlərinin aparıldığı aşkar olunub: "Baxış zamanı zirzəmidən yuxarı mərtəbəyə beton qatın kəsilərək pilləkən yığılması, yükdaşıyıcı divarların deşilərək havalandırma borularının quraşdırlması faktı aşkar olunub".
Hər iki faktla bağlı qanuna müvafiq tədbirlər görülməkdədir.
Qeyd edək ki, "Tarix və mədəniyyət abidələrinin qorunması haqqında" Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən, abidələrin bədii-estetik görkəminin dəyişdirilməsi, uçurulması və onlar üçün təhlükə yarada biləcək təmir, inşaat, təsərrüfat və digər işlərin aparılması qadağandır.
Abidələrin qorunması haqqında Azərbaycan Respublikası qanunvericiliyinin pozulması cinayət, inzibati, intizam və mülki məsuliyyət yaradır.


width="220" alt="Dövlət Xidməti: “Ermənistan işğal zamanı Gəncəsər monastrında qanunsuz təmir-bərpa işləri aparıb”" />
width="220" alt="Texniki baxış mərkəzləri şənbə və bazar günləri də xidmət göstərir? - RƏSMİ AÇIQLAMA" />
width="220" alt="Separatçılar bütün təkliflərimizi rədd edir - Bakı" />
width="220" alt="Xankəndidə xeyli sayda tələ qurğular, silah-sursat aşkarlandı" />
alt="ABŞ əsas danışıqlardan əvvəl İrana hərbi təzyiqi artırır" />
alt="Daha ucuz, daha sürətli, daha güclü: Süni intellekt yarışına yenisi qoşuldu" />
alt="Tramp Netanyahu ilə görüşdən sonra İran üzrə razılıq əldə olunmadığını bildirib" />
alt="Heqset: ABŞ uzun müddət digər ölkələri qoruyaraq, öz təhlükəsizliyini arxa plana atıb" />
alt="Heç kimin düşünmədiyi risk: SSD-lər nə qədər təhlükəsizdir?">
alt="“Google Gemini” artıq Azərbaycan dilində istifadəçilər üçün əlçatandır">
alt=""YouTube"da 1 milyon izlənmə 5 500 dollar qazandırır - YouTuber açıqladı">
alt="“Wi-Fi 8” prototipi rekord məlumatötürmə sürəti nümayiş etdirib">
width="290" alt="Kredit kartı: problem kartdadır, yoxsa istifadəçidə?" />
width="290" alt="Elit məktəb, girişdə silah sərbəstdir" />
width="290" alt="QANLA YAZILAN GECƏ" />
width="290" alt="Rafael Ağayev qala-qala, tədbirə bloqeri dəvət etdilər" />
width="290" alt="Sözüm var: Mədəniyyət Nazirliyinə" />
width="290" alt="Gediş haqqı – zəhmətkeşin cibindən çıxan son qəpik" />
width="290" alt="Cabir İmanovun əziz xatirəsinə…" />
width="290" alt="Nilay və Ali Baş Komandan" />
width="290" alt="Dolmuş avtobusa 1 AZN?" />
width="290" alt=""ChatGPT", yoxsa həkimlər? - Həyatınızı kimə etibar edirsiniz?" />